ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XU SZİNTAOYA
Çin Xalq Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Çin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, əlaqələrimizi bütün sahələrdə genişləndirmək və dərinləşdirmək üçün qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 sentyabr 2003-cü il.