Çində koronavirusa yoluxan əcnəbilər müalicə xərclərini özləri ödəyəcək
Bakı, 15 aprel, AZƏRTAC
Çində koronavirus infeksiyasına yoluxan xarici ölkə vətəndaşları dövlət sığortası olmadığı təqdirdə müalicə xərclərini özləri ödəməlidir.
AZƏRTAC xarici yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çinin dörd profil nazirliyinin birgə bəyanatında deyilir.
“Koronavirus infeksiyasına yoluxması təsdiqlənən və dövlətin baza sığortası proqramına daxil olmayan xarici ölkə vətəndaşları müalicə xərclərini özləri ödəməlidir”, - deyə Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi, Xarici İşlər və Maliyyə nazirlikləri və Tibbi Sığorta Məsələləri üzrə Dövlət İdarəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, xəstəliyə yoluxan əcnəbilər əvvəlcə müalicə olunmalı, sonra isə onlara müalicə xərclərinin hesabı təqdim edilməlidir. Kommersiya sığortasının mövcudluğu halında isə müalicə sığorta kompaniyasının şərtlərinə müvafiq ödənilməlidir. Həmçinin mərkəzləşdirilmiş karantin rejimi dövründə qaldıqları mehmanxananın xərci də xarici vətəndaşların üzərinə qoyulur.
Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi məsələləri üzrə departamentinin rəhbəri Cyun Syanszyunun sözlərinə görə, ölkədə COVID-19 xəstəliyinə tutulan bir pasiyentin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]