Azərbaycan Dövlət İnformasiya Agentliyi

CİNAYƏTKARLIĞA QARŞI MÜBARİZƏ QƏTİYYƏTLƏ DAVAM ETDİRİLİR

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olmuş məlumatında bildirilir ki, respublikanın polis və prokurorluq orqanları əməkdaşlarının yüksək peşəkarlığı və gərgin səyləri nəticəsində ölkədə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, baş vermiş ağır və xüsusilə ağır, geniş rezonans doğurmuş cinayətlərin açılması, istintaqdan yayınanların tapılıb-tutulması, habelə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən əməliyyat–axtarış və istintaq tədbirləri davam etdirilir.

Belə ki, 2005-ci il avqustun 28-də Saatlı rayon sakini Ənvər İsmayılovun, qardaşı Baxşının avqustun 23-dən itkin düşməsi ilə bağlı müraciəti üzrə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Baxşı İsmayılovu qısqanclıq zəminində xalası oğlu Yaşar Rəhimov öldürmüş, meyitini balta ilə doğrayaraq, həyətlərində olan su kollektorunun yanında basdırmışdır. Avqustun 25-də isə meyitin hissələrini basdırdığı yerdən çıxararaq, rayonun Soltanabad kəndi ərazisindən keçən su kanalına və kanalın kənarındakı qamışlığa atmışdır.

Saatlı rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarının birgə tədbirləri ilə cinayətkar yaxalanmışdır.

Cari il sentyabrın 11-də, Əmircan qəsəbəsində, vətəndaş Bəhlul Qafarov kirayədə qaldığı evin sahibi Fərman Mirzəyevi yatarkən balta ilə baş nahiyəsinə zərbə endirərək qətlə yetirmiş, ona məxsus 700 ABŞ dolları və 1 ədəd mobil telefonu götürərək hadisə yerindən qaçmışdır. Elə həmin gün Suraxanı rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlərlə qatil yaxalanmışdır.

Bu il sentyabrın 14-də Ağcabədi rayonu ərazisindəki fermada yaşayan Laçın rayonundan olan məcburi köçkün Əhməd Əhmədov və oğlu İntizam avtomat silahdan açılmış atəşlə qətlə yetirilmişlər.

Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin Ağcabədi rayon polis şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Məmməd İsmayılov və cinayətkar qrupun digər üzvləri yaxalanmış, onlardan qətldə istifadə etdikləri avtomat silah götürülmüşdür.

İstintaq-əməliyyat tədbirləri ilə onların daha iki quldurluq hadisəsi törətmələri də müəyyən edilmişdir.

Açılması təmin edilmiş daha bir ağır cinayət hadisəsi Şəki rayonunda qeydə alınmışdır. Müəyyən edilmişdir ki, rayonun Zunud kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Salehov həmkəndlisi Elxan Mustafayevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “QAZel” markalı yük avtomaşınının sürücüsünü öldürüb avtomaşının hissələrini satmaq və əldə edilmiş pulu bölüşdürmək haqqında razılığa gəlmişlər. Bu məqsədlə, onlar Bakı şəhərinin “Xalqlar dostluğu” dairəsi adlanan əraziyə gəlib, orada “QAZel” markalı avtomaşının sürücüsü Ruslan Əliyevlə Şamaxı rayonundan Şəki rayonuna yük daşımağa dair sövdələşmişlər. Bu il sentyabrın 22-də S.Salehov və E.Mustafayev avtomaşını Şəki rayonunun Baltalı kəndinin ərazisinə sürdürmüş, orada sürücüyə bıçaq və linglə zərbələr yetirərək onu öldürüb, meyitini kanala atmış, avtomaşını isə söküb satmaq niyyəti ilə meşədə gizlətmişlər. Həyata keçirilən operativ tədbirlər nəticəsində bu cinayət də “isti izlər”lə açılmış və həmin şəxslər həbs olunmuşlar.

Cari il sentyabrın 24-də saat 23 radələrində Musa Nağıyev adına Bakı Şəhər Klinik Xəstəxanasına odlu silahdan yetirilmiş xəsarətlərlə Corat qəsəbəsinin sakini Ramil Mirzəyev gətirilmişdir.

Fakt üzrə aparılan istintaq zamanı bu cinayətin Müzəffər Mehdiyev tərəfindən törədilməsi müəyyən olunmuş və o, həbs edilmişdir.

Sentyabrın 27-də Gəncə Gil-Torpaq İstehsalat Birliyinin bağ evində yaşayan Lətifə Abdullayevanın və Mobil Abdulzadənin üzərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunmuşdur.

Şəhər polis idarəsinin və prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, Gəncə şəhər sakini Kamil İsayev, şəxsi ədavəti olduğu Lətifə Abdullayevanı və oğlu Mobili qəsdən öldürmək niyyəti ilə həmin gün onların evinə gələrək, ov tüfəngindən atəş açmaqla xəsarətlər yetirmiş, evi yandıraraq hər ikisini xüsusi amansızlıqla öldürmüşdür.

Bundan başqa, Kamil İsayev elə həmin gün Gil-Torpaq İstehsalat Birliyinin bağ sahəsində yerləşən Rahilə Zeynalovanın yaşadığı evə girib sonuncuya mətbəx bıçağı ilə işgəncələr verməklə pul tələb etmiş, bundan imtina etmiş R.Zeynalovanı evin eyvanından asmışdır. Sonuncu qonşuları köməyə çağıra bilmiş və bu səbəbdən cinayət əməli başa çatmamışdır.

Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Kamil İsayev 2 gün sonra yaxalanmışdır.

Yuxarıda göstərilən bütün faktlar üzrə başlanmış cinayət işləri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd olunmalıdır ki, təkcə sentyabr ayı ərzində paytaxtda mənzil oğurluğu və qarətlə məşğul olan bir neçə cinayətkar qrup da zərərsizləşdirilmişdir.

Sentyabrın 3-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində özlərini “Barmek” Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edərək mənzillərə daxil olan və quldurluq yolu ilə vətəndaşların əmlakını talayan 4 nəfərdən ibarət cinayətkar dəstə yaxalanmışdır. Bu dəstənin üzvləri olan Rəşad Şirinov, Orxan Mustafayev, Səbinə Rzayeva və Tural Əliyev aldatma yolu ilə vətəndaşların mənzillərinə girərək, soyuq silahla hədə-qorxu gəlib onlardan qiymətli əşyalarını tələb edirmişlər.

Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri ilə Gürcüstan vətəndaşları, əvvəllər dəfələrlə məhkum olunmuş Rezo Muradov və Aslan Qasımov tutulmuşdur. Sonuncunun yaşadığı mənzilin zirzəmisindən cinayətkar dəstəyə məxsus “Makarov” tipli 2 tapança, “Revolver” tipli İtaliya istehsalı olan 1 tapança, “Vinçester” və lüləsi kəsik 1 ov tüfəngi, xeyli güllə, həmçinin mənzillərin qapılarını açmaq üçün müxtəlif təyinatlı alətlər götürülmüşdür. Eyni zamanda onların Nəsimi, Nizami, Nərimanov və Sabunçu rayonlarında 23 mənzil oğurluğu törətmələri də müəyyən olunmuşdur.

Hazırda cinayətkar qrupun digər üzvlərinin tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sentyabrın 14-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daha bir cinayətkar qrup hadisə yerində - Təbriz küçəsində yerləşən mənzillərin birindən oğurluq edərkən yaxalanmışdır. Əvvəllər məhkum olunmuşlardan ibarət olan bu qrupun üzvləri Rasim Ağayev, Mahir Qurbanov və Məzahir Qurbanovdan 4 ədəd “Makarov” və “Naqan” tipli tapança, 1 qaz tapançası, 100-ə yaxın güllə, yaşadıqları evdən isə 1,2 kiloqram marixuana götürülmüşdür.

İstintaq-əməliyyat yolu ilə onların paytaxtın müxtəlif ərazilərində hələlik 8 mənzil oğurluğu törətmələri tam sübuta yetirilmişdir.

Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən əvvəllər cinayət törədərək istintaqdan qaçıb gizlənənlərin axtarışı istiqamətində aparılan məqsədyönlü tədbirlər də uğurlu olmuşdur. Təkcə bu ilin sentyabr ayında barələrində həbs qətimkan tədbiri seçilərək axtarışa elan edilmiş şəxslərdən 304 nəfəri tapılıb tutulmuşdur. Onlardan 116-sı ağır cinayətlər, 2-si ölüm, 1-i banditizm, 6-sı soyğunçuluq və quldurluq törətdiklərinə görə axtarılanlar olmuşlar.

Bu baxımdan, 2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Maqomedovun silahlı quldur dəstəsinin fəal üzvlərindən daha iki nəfəri – İslam Hiniyev və Qurban Qurbanov da ötən ay respublika Daxili İşlər Nazirliyi və Rusiya Federasiyası Dağıstan milisi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində qonşu ölkənin ərazisində həbs olunaraq respublikamıza gətirilmişlər.

Göstərilən müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı fəal mübarizə aparılmasına da xüsusi diqqət yetirilərək, 220-dən çox cinayət faktı aşkar edilmiş, 35 kiloqramdan artıq narkotik vasitə və digər güclü təsiredici maddələr, o cümlədən 1,2 kiloqram heroin, 1,1 kiloqramdan çox həşiş, 30 kiloqrama yaxın marixuana, 2 kiloqramdan artıq tiryək götürülmüş, 221 hektar ərazidə yabanı halda bitmiş 72,3 ton narkotik xassəli çətənə kolu aşkar olunaraq məhv edilmişdir.

Sentyabrın 15-də nazirliyin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı şəhər sakini Sərdar Əliyevdən 10 kiloqram 217 qram marixuana, bundan 3 gün sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları İran vətəndaşı İbrahim Qubadidən 1,2 kiloqram heroin, Nizami Rayon Polis İdarəsinin əməkdaşları isə həmin ayın 27-də rayon sakini Pavel Qriqoryevdən 7,3 kiloqram marixuana götürmüşlər.

Respublika Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ictimaiyyəti əmin edir ki, cinayətkarlığa qarşı mübarizədə dövlətin qətiyyətli və barışmaz mövqeyinin həyata keçirilməsi sahəsində ölkə Prezidentinin tələbləri bundan sonra da layiqincə yerinə yetiriləcək, vətəndaşların qanunla qorunan hüquqlarının təmin edilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi üzrə tədbirlər əzmlə davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu