Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib
London, 9 noyabr, AZƏRTAC
Keçmiş Baş nazir Toni Bleyrin köməkçisi və Şimali İrlandiya sülh prosesinin əsas vasitəçilərindən biri olan Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib.
AZƏRTAC xəbər verir ki, o, 2022-ci ildən bu vəzifəni icra edən Tim Barrounu əvəz edəcək. Conatan Pauel Böyük Britaniyanın Xarici İşlər Nazirliyində 10 il diplomat kimi xidmət edib və ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq 30 il davam edən, Şimali İrlandiyada baş verən zorakılıqlara son qoyan “Yaxşı Cümə Sazişi”nin memarlarından biri olub.
O, təcrübəli bir diplomat olaraq Donald Trampın yeni administrasiyası ilə əlaqələrin qurulmasında və Böyük Britaniyanın Yaxın Şərqdə və Ukraynada gedən müharibələrə dair mövqeyinin formalaşdırılmasında mühüm rol oynayacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]