Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaq - ŞƏRH

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaq -  ŞƏRH

Bakı, 19 oktyabr, AZƏRTAC

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni zamanda, xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərməklə iqtisadi baxımdan son dərəcə faydalı olacaq. Digər tərəfdən bu tədbir yaşıl keçid çərçivəsində yeni layihələrin maliyyələşməsi üçün beynəlxalq maliyyə institutları ilə sıx əlaqələrin yaradılmasına, ölkəmizə qabaqcıl texnologiyaların transferinin reallaşmasına və xarici investisiya ilə yeni istehsal müəssisələrinin qurulmasına təkan verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova səsləndirib.

COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi dividendlərindən danışan QHT sədri bildirib ki, bu mötəbər tədbir ölkəmizin zəngin yaşıl enerji potensialını daha yaxşı şərtlərlə realizə edə bilməsinə də imkan yaradacaq. Son 4 ildə ölkəmizin işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, o cümlədən innovativ texnologiyaların tətbiq edildiyini, yaşıl enerji zolaqlarının yaradıldığını, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin reallaşdırıldığını vurğulayan QHT sədri COP29-un Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın nəticəsi olduğunu deyib. O qeyd edib: “Dünyada geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi dünya ictimaiyyətinin dəyərli üzvlərini bir araya gətirəcək mərkəz rolunu oynamaq, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ümumi dialoq yaratmaq, dünyada sülhə dəstək kimi missiyanın həyata keçirmək istiqamətində mühüm əhəmiyyət daşıyır.

N.Məmmədova hesab edir ki, bu mötəbər tədbir Azərbaycanın maraqlarının dünyada təbliği, ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin inkişafına dəstək missiyasını həyata keçirməklə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından da əhəmiyyətli olacaq. COP29 zamanı Azərbaycan ev sahibi ölkə olaraq dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin, sülh və təhlükəsizlik məsələlərinin həlli üçün qlobal mərkəzə çevriləcək.

Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, COP29 Azərbaycanın qeyri-ənənəvi enerji mənbələrindən istifadə sahəsində potensialının daha yaxşı şərtlərlə dəyərləndirilməsinə təkan verə bilər.

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova AZƏRTAC-a açıqlamasında bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi müasir infrastrukturun daha da inkişafına, şaxələnməsinə yeni təkan verəcək. “Azərbaycan bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi sahəsində yetərincə geniş imkanlara malikdir. COP29 bu potensialın daha yaxşı şərtlərlə gerçəkləşdirilməsi üçün xarici yatırımları cəlb etməyə, yeni texnologiyaların ölkəmizə gətirilməsini stimullaşdırmağa kömək edəcək. İnfrastruktur layihələrinin genişləndirilməsi, tətbiqi, ümumilikdə bu sahədə inkişaf artıq müşahidə olunur”.

QHT deyib ki, yaşıl gündəliyin tətbiqi, habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması Azərbaycanda yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. “Yol, nəqliyyat, hotelçilik və digər iş sahələrindəki infrastruktur layihələri yerli iqtisadiyyata, heç şübhəsiz, müsbət təsir göstərəcək. Turizm sektorunun canlanması, iş adamlarının yaranmış yeni imkanlardan faydalanaraq yeniliklərə imza atmaları, dövlət-özəl istehsal sektoru işbirliyinin qarşılıqlı faydalı əsasda inkişafı, ekoloji və iqlim diplomatiyası ümumi mənzərənin tamamlayıcı amilləri kimi çıxış edir”, - deyə əlavə edib.

A.Bağırova diqqətə çatdırıb ki, belə mötəbər tədbirə ev sahibliyi ilə Azərbaycan iqlim dəyişikliyi mövzusunda təkcə davamlı xidmətləri ilə yadda qalmayacaq, həm də ekoloji məsuliyyətin artırılması ilə bağlı yeni təşəbbüslərə yol açmış olacaq. “Bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən Azərbaycan yalnız COP29 günləri boyunca deyil, ilboyu yaşıl dünya mövzusuna köklənən ölkə kimi “COP atəşkəsi” təklifi irəli sürüb. Bu gerçəkləşərsə, gələcəkdə ənənəyə çevrilə bilər. Bu isə qarşıdurma tərəfləri arasında təmas nöqtələrinin tapılması, qan-qadanın heç olmasa bir müddətlik dayandırılması üçün çox önəmlidir. Necə deyərlər, bir yerdən başlamaq lazımdır. Düşünürəm ki, sülh axtarışları, müharibələrin sonlandırılması çağırışları üçün Bakıdan daha yaxşı, daha uyğun ünvan yoxdur”, - deyə A.Bağırova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib