Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29: Ekoloji problemlərin həllində yeni mərhələ

COP29: Ekoloji problemlərin həllində yeni mərhələ

Bakı, 28 oktyabr, AZƏRTAC

Qlobal problemlərin mənfi təsirlərinin getdikcə artması bəşəriyyəti ciddi şəkildə narahat edir. Yaranmış vəziyyət dünya dövlətləri və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlığı, müxtəlif səviyyələrdə koordinasiyalı fəaliyyətin göstərilməsi zərurətini yaradır. İqlim dəyişikliyinin canlı aləmə zərərli təsirinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi dünya birliyinin diqqət mərkəzindədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) kimi mötəbər tədbirin keçirilməsi cəmiyyət-təbiət münasibətlərində özünü göstərən mənfi meyillərin qarşısının alınması, xüsusilə qlobal ekoloji təhlükəsizliyin təmin olunmasının vacibliyindən irəli gəlir.

COP-un 29-cu sessiyasının bu ilin noyabr ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində təşkili xalqımızın həyatında əlamətdar tarixi hadisələrdən biri olacaq. Qeyd edək ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əsasında ciddi siyasi-iqtisadi səbəblər dayanır. Xüsusilə davamlı inkişaf çərçivəsində ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli məqsədilə milli və beynəlxalq səviyyələrdə göstərdiyi fəallıq ölkəmizin COP29-a ev sahibliyi etməsini şərtləndirən mühüm amillərdir.

Bu fikirlər fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun “COP29: ekoloji problemlərin həllində yeni mərhələ” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ekoloji təhlükəsizliyin təmin olunmasında iqtisadi inkişafın rolu

COP29-un keçirilməsi ölkəmizin özündə siyasi, iqtisadi, sosial və ekoloji komponentləri birləşdirən davamlı inkişafı ilə sıx bağlıdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün təsirli vasitələrdən biri olan yaşıl enerji sektorunun inkişafında əhəmiyyətli rol oynayır. Karbohidrogen mənbələrindən asılılığın azaldılması bərpaolunan enerji resurslarının potensialından səmərəli şəkildə istifadə olunmasını sürətləndirir. Yaşıl enerjiyə keçid istixana qazları emissiyalarını azaltmaqla ekoloji vəziyyəti yaxşılaşdırmağa kömək edir ki, bu da iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından vacibdir.

Şaxələndirmə yerli və xarici sərmayədarlar, yaşıl enerji layihələrini həyata keçirməkdə maraqlı olan şirkətlər üçün əlverişli iqtisadi mühit formalaşdırır. İnvestisiyaların cəlb edilməsi yaşıl enerji infrastrukturunun inkişafına təkan verir, yaşıl iqtisadi artımı stimullaşdırır. Bərpaolunan enerji mənbələri innovativ həllər vasitəsilə mövcud enerji şəbəkələrinə inteqrasiya olunur, daha dayanıqlı enerji formalarına keçid təmin edilir, ümumi daxili məhsulda yaşıl enerji sektorunun həcmi getdikcə artır. Enerji istehsalının səmərəliliyi və dayanıqlılığı güclənir ki, bu da enerji təhlükəsizliyinin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır. Əlverişli iqtisadi mühit bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin uğurla həyata keçirilməsini təmin edir. Yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətinin əsas vəzifələrindən birini təşkil edir. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur.

Davamlı iqtisadi inkişafın nəticəsində COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri infrastruktur yaradılmışdır. Müasir standartlara cavab verən avtomobil və dəmir yolları, hava limanları şəbəkəsinin mövcudluğu, böyük mehmanxanaların, yüksək səviyyəli xidmətlərin olması, lazımi texniki təchizatla təmin edilmiş konfrans mərkəzləri, onlayn yayımı, qarşılıqlı əlaqəni təmin edən rabitə sistemləri və internet infrastrukturunun inkişafı COP29-un yüksək səviyyədə təşkili üçün böyük əhəmiyyət daşıyır.

COP29-un Azərbaycanda keçirilməsinin siyasi aspektləri

COP29-un ölkəmizdə keçirilməsi qərarının verilməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi amillərə söykənir. Belə ki, ölkəmiz Cənubi Qafqaz regionunun lider dövləti kimi dünya birliyində böyük nüfuz qazanmış, ətraf mühitin qorunmasına dair beynəlxalq konvensiyalara qoşulmuşdur. Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmiş, 2000-ci ildə isə həmin Konvensiyaya əlavə olunan Kioto Protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli Sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasını, 2000-ci ildə isə BMT-nin Biomüxtəlifliyin qorunması haqqında Konvensiyasını ratifikasiya etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli Sərəncamı ilə Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası yaradılmış, 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramlar təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq olunmuşdur. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 2016-cı il) imzalanmışdır.

Adıçəkilən sazişlərdə və konvensiyalarda tərəflər arasında iqlim dəyişikliyi, ekoloji mühitin çirklənməsinin qarşısının alınması, tullantıların idarə edilməsi və yenidən istifadəsi, torpaqların mühafizəsi, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi, habelə digər sahələrdə əməkdaşlığın yaradılması nəzərdə tutulur. Neft sənayesinin ekologiyaya təsirinin məhdudlaşdırılması məqsədilə təcrübə mübadiləsinin aparılması, yanacaq-enerji kompleksinin ətraf mühitə təsirlərini azaltmaq üçün enerji səmərəliliyinin artırılması, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlıq, yaşıl enerjinin inkişafı və ötürülməsi istiqamətində strateji tərəfdaşlıq və qabaqcıl ekoloji texnologiyaların mübadiləsinə böyük əhəmiyyət verilir. Sənədlərdə əsasən aşağıdakı hədəflər müəyyən olunur:

• yaşıl və təmiz enerji mənbələrini, enerji səmərəliliyini, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadəni təşviq etmək üçün birgə əməkdaşlığın gücləndirilməsi;

• bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin tranzit ötürülməsi və təchizatı sahəsində əməkdaşlıq;

• yaşıl hidrogen istehsalı, nəqli və ticarəti layihələrinin həyata keçirilməsi, bu sahədə məlumat, nou-hau mübadiləsinin aparılması;

• enerji səmərəliliyi və enerjiyə qənaət məsələləri üzrə yeni texnologiyaların tətbiqi, bu istiqamətdə xidmətlərin formalaşdırılması;

• bərpaolunan enerjinin istehsalı, nəqli, ticarəti sahələrində fəaliyyət imkanlarının müəyyən edilməsi və s.

Ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər sənədlər çərçivəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

COP29-un təşkili ölkəmizin xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli münasibətlərinin dərinləşməsində geniş imkanlar yaradır ki, bu da Azərbaycanın dünyada siyasi mövqeyinin daha da güclənməsi deməkdir. Bu tədbir ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki strateji hədəflərini geniş auditoriyaya çatdırmaq üçün vacib platformadır. Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərarı yüksək qiymətləndirərək bildirib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq”. Azərbaycan Prezidenti COP29-un beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətini vurğulayaraq qeyd edib: “Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.

Ekoloji problemlər qlobal xarakter daşıdığından onların aradan qaldırılması üçün dövlət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin birgə səy göstərmələri vacibdir. Siyasi iradə olmadan ətraf mühitlə bağlı məsələlərin optimal həllini nəzərdə tutan zəruri qərarların qəbul edilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi mümkün deyil. Buna görə də Prezident İlham Əliyev qətiyyətli siyasi iradə göstərərək xarici ölkələrin dövlət başçıları və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri ilə görüşlərində qlobal ekoloji problemlərin həllində Azərbaycanın prinsipial mövqe tutduğunu, xüsusilə iqlim dəyişikliyindən irəli gələn məsələlərlə bağlı dünya ölkələri arasında həmrəyliyin, birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Ölkəmiz qlobal iqlim dəyişikliyinə dair məsələlərin müzakirəsində yaxından iştirak etmək imkanı qazanmaqla həm də bu sahədə beynəlxalq siyasətin formalaşmasına təsir göstərir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılmış, səmərəli institusional mexanizmlər yaradılmışdır. Prezident İlham Əliyevin 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan etməsi ekoloji problemlərin həllinə böyük diqqət və həssaslıqla yanaşmağın bariz nümunəsidir. Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməklə böyük iradə nümayiş etdirdiyini bir daha göstərir.

Müasir dövrün ekoloji çağırışları: problemlər və onların həlli yolları

Ekoloji tarazlığın bərpası, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi qlobal xarakter daşıyır. Hələ 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş konfransda dünyanın gələcək inkişafının ekoloji problemlərin həlli ilə sıx bağlı olduğu xüsusi vurğulanmışdır. İqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin daha geniş miqyas alması, ətraf mühitin çirklənməsindən irəli gələrək müxtəlif xəstəliklərin yayılması qlobal xarakter daşıyır. Onların aradan qaldırılması milli və beynəlxalq səviyyələrdə operativ tədbirlərin həyata keçirilməsini zəruri edir.

Qlobal ekoloji çağırışlar aşağıdakılardır:

• Qlobal iqlim dəyişikliyi insanların həyat və sağlamlığına, flora və faunaya təhlükə yaradır, həmçinin hidroloji və meteoroloji parametrlərin dəyişməsinə səbəb olur.

• Bərpaolunan enerji mənbələrindən istifadə edilməsi, yaşıl enerjiyə keçid ekoloji böhranın mənfi təsirlərinin azaldılması üçün təsirli vasitələrdən biri olduğundan milli və beynəlxalq platformalarda bu amilə ciddi önəm verilməlidir.

• Sənaye və məişət tullantıları, pestisidlər və plastik materialların atılması insan sağlamlığına, ekosistemlərə ciddi zərər verir.

• Neft dağılmaları və digər çirkləndiricilər dəniz ekosistemlərinə böyük təhlükə yaradır.

• Torpağın keyfiyyətini pisləşdirən gübrələr, pestisidlər, zəhərli tullantılar qida təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərə səbəb olur və s.

Ölkəmizdə ətraf mühitə mənfi təsirləri və riskləri əhəmiyyətli dərəcədə azaldan iqtisadi inkişaf modeli kimi yaşıl iqtisadiyyatın inkişafı sahəsində mühüm irəliləyişlər əldə edilir. Təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür.

Azərbaycan dövlətinin apardığı ekoloji siyasətin əsas hədəfini əhalinin sağlam ətraf mühit şəraitində yaşamasının təmin olunması təşkil edir. Bu məqsədlə istilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sistemləri yaradılmış, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata, ekosistemlərə iqlimin təhlükəli təsirləri barədə məlumatların toplanması, təhlili və ümumiləşdirilməsi üzrə dövlət informasiya sistemi formalaşdırılmış, ozondağıdıcı maddələrdən istifadə olunması tədricən aradan qaldırılmışdır.

Məqsədyönlü şəkildə həyata keçirilən ekoloji siyasətin nəticəsində

• ekosistemlər və biomüxtəliflik qorunur;

• ölkəmizin inkişafının ekoloji baxımdan dayanıqlılığı təmin olunur;

• ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə iqtisadi resurslardan səmərəli istifadə edilir;

• yaşıl enerji texnologiyalarından istifadə olunmasına böyük əhəmiyyət verilir və s.

Ekoloji siyasət sosial-iqtisadi və ekoloji proqnozlar nəzərə alınmaqla qərarların qəbul edilməsi, bu prosesdə alternativ variantlardan, ətraf mühitin qorunmasında vətəndaş cəmiyyəti institutlarının potensialından istifadə olunması kimi prinsiplərə əsaslanır.

Ekoloji siyasətin əsas istiqamətləri aşağıdakılardır:

• su ehtiyatlarından səmərəli istifadə, xüsusilə Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi;

• iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması;

• atmosfer havasının mühafizəsi;

• biomüxtəlifliyin qorunması;

• meşə örtüyünün, yaşıllıqların mühafizəsi;

• çirklənmiş ərazilərin bərpası;

• tullantıların idarə olunması;

• ekoloji şüurun inkişaf etdirilməsi və s.

Ölkəmizdə istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılması nəzərdə tutulur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub, bu ərazilərdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Ətraf mühitin qorunmasına Azərbaycan dövlətinin böyük həssaslıqla yanaşmasının əsas səbəblərindən biri də işğaldan azad edilmiş ərazilərdə vaxtilə Ermənistanın ekoloji terror törətməsidir. Ermənistan ətraf mühitin mühafizəsinə dair qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq bu əraziləri ekoloji fəlakət zonasına çevirmiş, işğal dövründə təbii ehtiyatlar istismar olunaraq talan edilmişdir. Milli park və qoruqlar, qiymətli ağaclar, digər nadir biomüxtəliflik nümunələri məhv olunmuşdur. Ümumi sahəsi 8 min hektardan çox olan qiymətli çoxillik sıx meşələrdən ibarət ekosistemin məhv edilməsi ilə biomüxtəlifliyə ağır zərbə vurulmuşdur. Qiymətli flora və fauna növləri ilə zəngin olan meşələr talan edilmişdir. Su hövzələri böyük antropogen təsirə məruz qalmış, içməli su mənbələri məqsədli şəkildə kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilmişdir. Hazırda bu ərazilərdə ekoloji vəziyyətin bərpası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların salınması və artırılması, ekosistemin qorunması istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl siyasət aparılır.

Məlumdur ki, qlobal ekoloji problemlərin səmərəli həlli üçün dünya dövlətlərinin birgə maliyyə dəstəyi göstərməsi vacib şərtlərdən biridir. Məhz bu halda iqlim dəyişikliyinə, havanın çirklənməsinə və digər ekoloji təhlükələrə qarşı mübarizənin aparılması, biomüxtəlifliyin və ekosistemlərin qorunması mümkündür. Qlobal iqlim böhranının həlli böyük həcmdə sərmayə tələb edir. Lakin iqlim maliyyəsinin hazırkı həcmi lazım olduğundan bir neçə dəfə aşağıdır. Buna görə də iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyələşmə vacib məsələlərdən biridir. Araşdırmalar göstərir ki, həm maliyyə ödəmələri, həm də iqlim dəyişikliyinin azaldılması üçün göstərilən səylər hələlik müəyyən edilmiş tələblərə cavab vermir. İnkişaf etmiş ölkələrin qlobal iqlim dəyişmələrinin qarşısının alınması ilə bağlı maliyyə məsələlərinin həllində lazımi fəallıq göstərməməsi, yükü digər maliyyə mənbələrinin üzərinə atmağa çalışması təəccüb doğurur. Xüsusilə bu məsələdə ABŞ-ın mövqeyi xeyli suallar yaradır. Dünyada neft və qaz kimi qazıntı yanacaqlarının çıxarılmasında və atmosferə böyük həcmdə karbon emissiyasının atılmasında əsas yerlərdən birini tutan ABŞ-ın iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyə yardımının göstərilməsində özünü kənarda saxlamağa üstünlük verməsi birmənalı qarşılanmır.

Azərbaycan dövləti COP29 çərçivəsində qlobal iqlimə uyğunlaşma üzrə beynəlxalq əməkdaşlıqda effektiv maliyyələşmə mexanizmlərinin formalaşmasına böyük həssaslıqla yanaşır. İqlim məsələləri üzrə dünyanın tanınmış alimlərinin və ekspertlərin hesablamalarına görə, 2030-cu ilə qədər qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün ən azı 1 trilyon ABŞ dolları məbləğində investisiya lazımdır. Buna görə də Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə maliyyə öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. Təbii ki, qlobal iqlim dəyişikliyinə qarşı səmərəli mübarizənin aparılması bir və yaxud bir neçə ölkənin maliyyə dəstəyi ilə mümkün deyil. Bu məsələdə dünya dövlətlərinin və beynəlxalq qurumların birgə səy göstərməsi vacibdir.

Yuxarıda göstərilənləri ümumiləşdirsək aydın olur ki, qlobal ekoloji problemlər bəşəriyyəti ciddi şəkildə narahat edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal səviyyədə ekoloji təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayan institusional mexanizmlərdən biridir. COP-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin qərara alınmasında ölkəmizin davamlı inkişafı, onun tərkib hissələrindən biri kimi ətraf mühitin qorunması sahəsində əldə etdiyi uğurlar, növbəti mərhələ üçün müəyyənləşirilmiş hədəflər həlledici rol oynayır. COP29 iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə ölkəmizlə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlığın yeni perspektivlərini yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiətilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Bu gün Türkiyədə COP31 başlayıb VİDEO

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Cinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qaraqoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib