Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 sədrliyi və UNFCCC arasında rəsmi məktub mübadiləsinin imzalanma mərasimi keçirilib

Bonn, 7 iyun, AZƏRTAC

İyunun 7-də COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı katibi Saymon Stil imzalanma mərasimində iştirak ediblər. İmzalanma mərasimində Azərbaycanın bu il UNFCCC-nin Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən ölkə statusunu təsdiqləyən məktubların mübadiləsi həyata keçirilib. Bu barədə daha ətraflı məlumat UNFCCC-nin rəsmi veb-saytında tezliklə dərc olunacaq.

AZƏRTAC xəbər verir ki, rəsmi sənədlərin mübadiləsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin Bakıda keçiriləcək konfransında beynəlxalq nümayəndə heyətlərini qəbul etmək üçün həyata keçirdiyi hazırlıq işlərinin gedişatı, eləcə də sədrliyin tərəflərlə onları narahat edən məsələlərin və prioritetlərin nəzərə alınması barədə məlumat verməsindən sonra baş tutub.

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı zamanı COP29 sədrliyi builki COP29 konfransında iştirakı gözlənilən minlərlə ziyarətçi üçün nəqliyyat, yerləşdirmə və qonaqpərvərlik xidmətlərinə dair ətraflı məlumat və planlar, həmçinin bilavasitə tədbirin məkanı ilə bağlı logistika məsələləri ilə bağlı geniş brifinq və konstruktiv rəy və təkliflər sessiyası keçirib. COP29 sədrliyi qarşıdan gələn iqlim konfransının hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədilə COP29 üzrə logistika məsələləri ilə bağlı müşahidəçi təşkilatlar və ölkələrin nümayəndə heyətləri ilə məsləhətləşmələri davam etdirib.

Konfransın prinsiplərinə əsasən, beynəlxalq əməkdaşlığın təşviqinə diqqət yetirmək və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda uzunmüddətli miras yaradacaq əlçatan və inklüziv tədbirə ev sahibliyi etməklə yanaşı, dayanıqlılıq da prioritet məsələdir.

“COP29 sədrliyi hazırlıq işlərinin gedişatı çərçivəsində xeyli irəliləyişə nail olub və bu konfransın beynəlxalq səviyyəli tədbir olmasını təmin etməyə hazırdır. Biz bir çox qlobal tədbirə ev sahibliyi etmişik və bu təcrübəmizi, eləcə də keçmiş COP-lardan əldə etdiyimiz məlumatları bu hazırlıq prosesi çərçivəsində tətbiq edirik”, - deyə COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib: “COP29-a ev sahibliyi etmək həm geniş imkanlar yaradan fürsət, həm də böyük məsuliyyətdir və biz bu tədbirə olduqca ciddi yanaşırıq. Ev sahibi olaraq biz şəffaf, fəaliyyətyönümlü, qonaqpərvər və inklüziv yanaşma nümayiş etidirəcəyik”.

Tədbirin hərtərəfli planlaşdırılması və operativ hazırlıq barədə söhbət açan COP29 Əməliyyat Şirkətinin Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova bildirib: “Ölkəmiz öz təbii müxtəlifliyinin unikal komponentləri, eləcə də multikultural cəmiyyəti, tarixi irsi və uzaqgörənliyi sayəsində COP29-a ev sahibliyi edən ölkə kimi bir çox üstünlüklər təklif edə bilər. Konfransın logistika və xidmət məsələlərini təşkil edən təcrübəli və sadiq komandamız COP29-a ev sahibliyi etməkdən və bu ilin noyabrında dünya ictimaiyyətini Azərbaycanda salamlamaqdan məmnundur”.

Təqdimat zamanı COP29 sədrliyi konfransın məkanı və “Yaşıl” zonanın təşkili, eləcə də konfransın uğurlu olmasına dəstək üçün hazırlanan iş avadanlıqları və qonaqlar üçün yüksək standarta uyğun xidmət sahəsində digər zəruri məsələlər, o cümlədən nəqliyyat, yaşayış, viza və iaşə xidmətləri barədə məlumat verib.

Konfransın təşkilinin əsas prinsiplərinə istinad edərək, COP29 sədrliyi onun davamlılıq məsələlərini xüsusi vurğulayıb. Karbon neytrallığına və konfransın davamlılığına dair öhdəliyi yerinə yetirmək üçün COP29 tədbir boyu əməliyyatlar nəticəsində birbaşa və dolayı yolla yaranan emissiyaları müntəzəm olaraq izləyəcək və hesabat verəcək.

Tədbir üzrə hazırlıq işləri arasında inklüzivlik ən prioritet məsələlərdən biridir. Təşkilatçılar qarşılıqlı hörmət və inklüzivlik mədəniyyətinin təşviqinə diqqətlə yanaşırlar. Tədbirdə çıxış edəcək spikerlər, ekspert qrupları və seminar aparıcıları arasında müxtəlifliyə, eləcə də azlıq təşkil edən qrupların iştirakına xüsusi diqqət yetiriləcək. Konfransın keçiriləcəyi məkan və obyektlərin əlçatan olmasını təmin etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İnsan kapitalının formalaşdırılması, infrastrukturun gücləndirilməsi və dayanıqlı inkişafın təşviqi ilə bağlı məsələləri özündə əks etdirən xüsusi miras proqramı hazırlanıb. Bu proqram çərçivəsində əsas diqqət potensialın və yerli məlumatlılığın artırılması ilə yanaşı, logistika və infrastruktur elementlərinin təkrar istifadəsinə yönəldilib.

Brifinq zamanı COP29 sədrliyi həm COP29 konfransının, həm də sessiya öncəsi görüşlər və COP hazırlıq iclasının, eləcə də dünya liderlərinin iqlim fəaliyyəti üzrə sammitinin əsas tarixlərini açıqlayıb.

∙ 11 oktyabr: COP hazırlıq iclası

∙ 4 noyabr: COP29 çərçivəsində sessiya öncəsi görüşlər

∙ 11-22 noyabr: COP29

∙ 17 noyabr: Sərbəst gün

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bonn

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir