Azərbaycan Dövlət İnformasiya Agentliyi

COVID-19 virusunun yayılmasında heyvanların və ətraf mühitin rolu

COVID-19 virusunun yayılmasında heyvanların və ətraf mühitin rolu

Bakı, 15 aprel, AZƏRTAC

COVID-19 pandemiyası ötən ilin dekabrında Çin Xalq Respublikasının Hubey əyalətinin Uxan şəhərində vəhşi heyvanlar, onların məhsulları və dəniz məhsullarının bazarında çalışan adamlarda aşkar edilmiş mənşəyi məlum olmayan pnevmoniya ilə başlayıb. Fevralın 11-də virusun genetik quruluşu öyrənildikdən sonra onun SARS-CoV virusu ilə uyğunluğu aşkar olunub və xəstəliyə COVID-19 virus xəstəliyi adı verilib.

Virusun inkubasiya dövrünün uzun olması (2-14 gün və daha çox) və yoluxmuş insanların xəstəliyin simptomları meydana gəlmədən də başqalarını yoluxdura bilməsi xəstəliklə mübarizəni çətinləşdirən amil kimi qiymətləndirilir.

Koronavirusların müxtəlif heyvanlarda və quşlarda xəstəlik törətməsi 1930-cu illərdən elmə məlum olub, ancaq virusun taksonomiyası 1968-ci ildə müəyyənləşdirilib. Koronaviruslar ailəsi nisbətən az tədqiq olunmuş virus növlərindən hesab olunur. Ailəyə aid viruslar heyvan mənşəli olmaqla özündə 40-dan çox virus növünü birləşdirir. Bu viruslar üçün asan mutasiya etmək, yəni irsi quruluşunu və xüsusiyyətlərini dəyişmək qabiliyyəti səciyyəvidir. Viruslar insanlarda respirator, heyvanlarda isə tənəffüs, mədə-bağırsaq, çoxalma və ifrazat orqanlarında kəskin pozuntuların yaranmasına səbəb olur. Virus yoluxmadan 6-15 saat sonra çoxalmağa başlayır və sahib hüceyrəni parçaladıqdan sonra ondan xaric olur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, insanlarda koronavirus 1965-ci ildə kəşf olunsa da, 2002-2003-cü illərdə atipik pnevmoniya baş verənə qədər diqqəti cəlb etməyib, infeksiyanın törədicisi kimi SARS-CoV virusu təyin edilib. Növbəti epidemiya 2012-ci ildə baş verib və bu vaxt MERS-CoV virusu aşkar edilib. Hazırkı epidemiya isə coğrafiyasına görə daha geniş yayılaraq pandemiya həddinə çatıb. Pandemiyanın törədicisi COVID-19 virusudur ki, bununla da virusa aid irsi xüsusiyyətlərin asanlıqla dəyişməsi bir daha özünü büruzə verib. Virus səyahət edən insanlar vasitəsilə dünyaya yayılıb.

“Son dövrlərdə yayılmış koronavirus infeksiyalarından SARS-CoV-1 və MERS-CoV epidemiyalarının heyvan mənşəli viruslar vasitəsilə törədildiyi tamlıqla sübut olunub. Ancaq hazırkı COVID-19 infeksiyasının heyvan mənşəli viruslar tərəfindən törədilməsinə dair ciddi şübhələr olsa da, hələ ki, bu şübhələr öz elmi təsdiqini tapmayıb. İnfeksiya xəstəlik törədicisi olan virusun insandan- insana keçməsi yolu ilə pandemiya həddinə çatıb. Pandemiyanın gedişi dövründə ev şəraitində saxlanan pişikdə və itdə, həmçinin zooparkda saxlanan pələngdə və şirdə COVID-19 virusu aşkar edilib. Bu da insanlarda olan infeksiyanın heyvanlara keçməsi ehtimalını meydana çıxarır.

2018-ci ildə aparılmış tədqiqatlarda Yuhan əyalətinin əhalisində Bat-CoV virusuna görə 2,9 faiz seroprevalentlik səviyyəsi aşkar edilib. Bu isə Cənubi Asiyada milyonlarla insanın potensial risk qrupuna aid olması ehtimalını doğurur. Çinin Yuhan əyalətində izolə edilən koronavirus ştammı genomunun (2b bat-CoV) 96.2 faizi “Rinolophus affinis” yarasalarına aid olub. Bu genom SARS və MERS viruslarının genomları ilə homoloji struktura malikdir.

Alimlərin qənaətinə görə Çində başlayan epidemiyanın ilk ocağından virusun yayılmasına yarasalar səbəb olub. Ehtimal olunur ki, virusun yarasalardan insanlara keçməsində gəmiricilər və pişiklər aralıq sahib rolunu oynaya bilər. Ancaq hazırda Çinin Uxan şəhərindəki vəhşi heyvanlar, onların məhsulları, habelə balıq və dəniz məhsulları satılan bazardan yayılmış epidemiyada panqolin adlı heyvanın rolunun olmasına daha çox şübhə var. Bu heyvanlar pulcuqlu dəriyə malik yeganə məməli heyvandır. Panqolinlər nəsli kəsilməkdə olan heyvanların siyahısına daxildir. Onlar əti və ya dərisinə görə qanunsuz şəkildə ovlanırlar”, - deyə Q.Əbdüləliyev bildirib.

AQTA-nın şöbə müdirinin sözlərinə görə, COVID-19 pandemiyasında zoonoz infeksiyaların yayılmasının başqa xüsusiyyəti meydana çıxıb. İndiki halda infeksiyanın törədicisi məhsul vasitəsilə heyvandan- insana keçdiyi kimi, insandan da əhatədə olan həssas heyvanların yoluxması baş verib. Belə ki, Honq Konqda yoluxan it və pişiklər xəstəliyə yoluxmuş insana məxsus olub, ABŞ-da isə zoopark heyvanları COVID-19 testində müsbət nəticə göstərmiş xidmətçi ilə təmasda olub. Epidemiyanın bu cür gedişi onunla mübarizədə “vahid sağlamlıq” konsepsiyasının tətbiq edilməsi zərurətini yaradır. Bu konsepsiya insan, heyvan, bitki və ətraf mühit əlaqəsini kompleks şəkildə əhatə etməklə xəstəliklərin qarşısının alınmasını özündə ehtiva edir ki, burada xəstəlik törədicilərinin ətraf mühitdə və vəhşi təbiətdə dövr etməsi, onun heyvandan-insana və ya əksinə keçməsi amili əsas rol oynayır.

Pişiklərdə koronavirus infeksiyasının tədqiqi göstərib ki, pişiklər xəstəliyə yoluxa və xəstəliyi öz növünə aid başqa heyvanlara ötürə bilir. Koronaviruslar pişiklərdə epizootik kataral enterit və sistem sindromu xəstəliklərini törədir. İnsanların pişikdən yoluxma ehtimalı çox aşağıdır, çünki pişiklərdə qısa müddətdə antitellər əmələ gəlir və onlar yoluxdurucu statusundan çıxırlar. Bununla belə, pişiklər də risk qrupuna daxildir və məsləhət görülür ki, karantin müddətində onlar da küçəyə sərbəst buraxılmasın. Həmçinin sevimli heyvanı sığallayıb - tumarladıqdan sonra əllər yuyulsun.

“Coronaviridae” ailəsinə aid viruslar itlərdə koronaviruslu bağırsaq infeksiyası xəstəliyini törədir. İtlərdə koronavirusun yoluxması və inkişafı, habelə digər itləri yoluxdurması pişiklərə nisbətən zəif gedir. Tədqiqatçılar məsləhət bilirlər ki, xəstəlik mövcud olduğu hallarda sağlam itləri gəzintiyə və məşqlərə çıxarmaq olar. Nəzərə almaq lazımdır ki, xəstəliyin simptomları müşahidə olunmasa da, nəfəs və təbii ifrazat vasitəsilə viruslar yayıla bilir.

Donuzlar da itlərdə olduğu kimi başqa növ heyvanların xəstəliyə yoluxdurulmasında və onun yayılmasında daha az rola malikdir. Həmin virus donuzlarda infeksion qastroenterit, epidemik diareya və ensefalomielit xəstəliklərini törədir.

“Coronaviridae” ailəsinin virusları quşlarda infeksion bronxit xəstəliyini törədir. Xəstəlik ciddi iqtisadi ziyana səbəb olur və infeksiyanın profilaktik tədbiri kimi peyvəndləmə tətbiq edilir. Onun insanlara keçməsi halına rast gəlinməyib. Ancaq eksperimental olaraq “Macaca-rhesus” meymunlarını və yarasaları xəstəliyə yoluxdurmaq mümkün olub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, Çinin baytarlıq departamenti ötən ilin sonlarında donuz, quş, it və digər ev heyvanlarından nümunələr götürərək koronaviruslara görə analiz edib və bütün hallarda neqativ nəticələr alıb. Bu dövrdə planlı-profilaktik tədbir kimi koronavirus mənşəli heyvan xəstəliklərinin monitorinqi aparılıb, nəticədə isə xəstəlik halları aşkarlanmayıb.

“Vahid sağlamlıq” konsepsiyasına görə koronaviruslardan qorunmaq üçün aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:

° Elmə məlum olan koronaviruslar yüksək temperatura davamsız, mənfi temperatura isə davamlıdırlar. Mənfi 200°C temperaturda koronaviruslar öz virulentliyini, yəni yoluxdurma qabiliyyətini iki ilə qədər saxlaya bilir.

° İnsan və ya heyvan orqanizminə keçməyən virusun quru səthlərdə yaşama ehtimalı aşağı olsa da, temperatur və nəmlikdən asılı olaraq viruslar bu şəraitdə müəyyən qədər virulent formada qalır. Tədqiqatlar göstərir ki, koronaviruslar, kağız üzərində 3 saat, şüşə üzərində və pul əsginaslarında 4, ağac və paltar üzərində 2, metal və plastik üzərində 7 gün yaşaya bilir. Bu müddətlər havanın temperaturunun müsbət 220° C və nəmliyinin 65 faiz olduğu şərait üzrədir.

° Əşyaların və ərzaqların qablaşdırılmasında karton materiallara üstünlük vermək lazımdır. Çünki, karton üzərində virus nisbətən az - otaq temperaturunda 24 saata qədər, soyuducudakı plastik və metal qabların üzərində isə həftələrlə öz virulentliyini saxlayır. Ona görə də, bu cür materiallardan hazırlanmış qablar yuyularaq dezinfeksiya edilməlidir.

° Restoran və kafe kimi ictimai - iaşə müəssisələrində gigiyenik tələblərə əməl etmək lazımdır. Nəzəri olaraq demək olar ki, hava-damcı yolu ilə yayılan bütün infeksiyalar kimi, COVID-19 da yoluxmuş adamın asqırması və öskürməsi qabları və yeməkxana alətlərini yoluxdura bilər. Ancaq bu hal, praktikada hələlik rast gəlinməyib.

° Kvars lampaları vasitəsilə yaradılan, həmçinin Günəş işığının tərkibindəki ultrabənövşəyi şüalar koronaviruslara öldürücü təsir göstərir.

° İnfeksiya yaymaq baxımından sağlam heyvandan alınmış və dəqiq kulinar emaldan keçmiş ət, bütün hallarda olduğu kimi, qidalanma üçün zərərsizdir. Ancaq, xəstə və ya naməlum səbəbdən ölmüş vəhşi və ev heyvanlarının ətinin daşınması, doğranması, hissələrə bölünməsi, bişirilməsi və qida kimi qəbulu tövsiyə edilmir. Vəhşi heyvanların ətinin çiy və ya zəif bişirilmiş formada qəbulu təhlükəlidir. Bu heyvanların əti və ya tərkibində onların qanı olan qidaların etibarlı kulinar emaldan keçmədən, yəni bişirilmədən qəbulu insanların infeksion xəstəliklərə yoluxmasına səbəb ola bilər.

° Qeyri-tipik xəstəlik halları və heyvan tələfatı barədə dərhal baytarlıq təşkilatlarına məlumat vermək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, COVID-19 virusu dünyanın 213 ölkəsində 2 milyondan çox insana yoluxub. Virusun yayılmasında insanların biri-biri ilə təması və səyahətlər əsas rol oynayıb. Ona görə də dünyanın bütün ölkələrində sosial karantin tədbirləri tətbiq edilir. Hər bir insan özünü, ailəsini və ünsiyyətdə olduğu bütün adamları qorumaq, çox ciddi sosial və iqtisadi problemlər yaradan pandemiya ilə mübarizə təşəbbüslərinə qoşulmaq üçün tətbiq edilən karantin tədbirlərinə əməl etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir!

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib