Cüdo üzrə Bakı birinciliyi start götürüb
Bakı, 8 aprel, AZƏRTAC
Bu gün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı (2008-2010-cü il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyət və təşkilatlardan 800-ə yaxın idmançı gücünü sınayır.
Üç gün davam edəcək paytaxt birinciliyində oğlanlar 34, 38, 42, 46, 50, 55, 60, 66, 73, +73 kq, qızlar isə 28, 32, 36, 40, 44, 48, 52, 57, 63, +63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
Yarışın təşkilində əsas məqsəd perspektivli idmançıları müəyyən edərək onları U-15 yeniyetmələrdən ibarət milli komandaya cəlb etmək, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formlaşdırmaq, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]