Cüdo üzrə ənənəvi beynəlxalq turnirin iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Bakı, 4 iyun, AZƏRTAC
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXVIII beynəlxalq turnirin iştirakçıları iyunun 4-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra idmançılar Şəhidlər xiyabanında Həzi Aslanovun abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Sloveniya, Xorvatiya və Macarıstandan 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparır.