Cüdo üzrə gənclər arasında ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib
Bakı, 28 fevral, AZƏRTAC
Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qızların yarışında Gülşən Bağırova (44 kq), Gültac Məmmədəliyeva (52 kq), Diana Şoranova (63 kq), Aliyə Müslümova (78 kq) fəxri kürsünün ilk pilləsində qərarlaşıblar. Oğlanlar arasında isə Mirağa Hacıyev (55 kq), Davud Abbaslı (66 kq), Vüsal Şamilov (81 kq) və Abdulla İsmayılov (100 kq) Azərbaycan çempionu adına layiq görülüblər.
Azərbaycan birinciliyində 51 klubu təmsil edən 276 cüdoçu mübarizə aparır.