CÜDOÇU MÖVLUD MİRƏLİYEV AZƏRBAYCANA DAHA BİR MEDAL QAZANDIRDI
AZƏRTAC xəbər verir ki, Pekin Olimpiadasının altıncı günündə azərbaycanlı cüdoçu Mövlud Mirəliyev bürünc medal qazanmışdır. Bu, idmançılarımızın Pekində qazandığı sayca dördüncü mükafatdır.
Mövlud Mirəliyev 100 kq çəki dərəcəsində çıxış edən cüdoçular arasında axırıncı görüşdə polşalı Premislav Matyaşekə qalib gələrək, Pekin Olimpiadasının bürünc mükafatçısı olmuşdur.
Əlcəzairli Həsən Azuna, gürcü Levan Zorjiaşviliyə və rumın Daniel Brata qalib gəlmiş həmyerlimiz yarımfinalda Monqolustan nümayəndəsi, sonradan final görüşündə qızıl medal qazanmış Tuvşinbar Naydana uduzmuşdur.
Avqustun 14-də Olimpiadada Azərbaycanın daha 4 idmançısı çıxış etmişdir. Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova öz pərəstişkarlarını sevindirə bilməmişdir. Cəmi 63 xal toplamış Zemfira 15-ci yeri tutmuşdur. Onun altı finalçı sırasına düşməsi üçün 6 xalı çatmamışdır.
Yunan-Roma güləşi üzrə Azərbaycanı təmsil edən iki idmançımızın - Şalva Qadabadze (84 kq) və Anton Botevin (120 kq) çıxışları da uğurlu olmamışdı.
50 metr məsafəyə sərbəst üsulla üzən Turan Abbasov yaxşı nəticə göstərə bilməmişdir.
Olimpiadada ümumi komanda birinciliyində Çin idmançıları liderliyi əldə saxlayırlar. İkinci yerdə ABŞ komandası gedir. Bir qızıl, iki gümüş və bir bürünc medal qazanmış Azərbaycan komandası hələlik 15-ci yerdədir.
Avqustun 15-də jokey Camal Rəhimov təsnifat yarışlarında çıxış edəcəkdir. Həmin gün yüngül atlet Ruslan Abbasov, ağır atlet İntiqam Zahirov (85 kq) da öz qüvvələrini sınayacaqlar. Boksçu Şahin İmranov (57 kq) isə ikinci döyüşünü keçirəcəkdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]

