Cüdoçularımızın Göygöl şəhərində təlim-məşq toplantısı başlayıb
Bakı, 8 mart, AZƏRTAC
Martın 7-də Göygöl Olimpiya Kompleksində böyüklərdən və gənclərdən ibarət milli yığmaların birgə təlim-məşq toplantısına start verilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 85 cüdoçunun cəlb edildiyi təlim-məşq toplantısının əsas məqsədi idmançıların bacarıqlarını təkmilləşdirməsi ilə yanaşı, aprelin 1-3-də Antalyadakı “Böyük dəbilqə” turnirinə, eyni zamanda, Bolqarıstanda aprelin 29-u mayın 1-də keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, bu hazırlıq gənclər arasında Azərbaycan birinciliyi başa çatdıqdan sonra yenidən formalaşdırılmış millinin ilk təlim-məşq toplanışıdır.
Təlim-məşq toplanışı mart ayının 19-na kimi davam edəcək.