İDMAN
Cüdoçumuz açıq Avropa turnirinin finalında mübarizə aparacaq
Bakı, 26 fevral, AZƏRTAC
Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turnirində uğurla çıxış edən Azərbaycan idmançısı Əhməd Yusifov finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz yarımfinalda Gürcüstan təmsilçisi Giorgi Sardalaşvili üzərində qələbə qazanaraq finala vəsiqə əldə edib. Həlledici mərhələdə onun rəqibi cüdoçumuz Nazir Talıbovu yarımfinalda məğlub edən avstriyalı Coşua Katza olacaq.
Nazir Talıbov isə bürünc medal uğrunda komandamızın digər üzvü Rövşən Əliyevlə mübarizə aparacaq.
Qeyd edək ki, bu gün start götürən turnirdə 8 cüdoçumuz iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]