Cüdoçumuz “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb
Bakı, 6 may, AZƏRTAC
Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçusu bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev üçüncü yer uğrunda qarşılaşmada belaruslu Yunus Bekmurzayevi məğlub edərək bürünc medal qazanıb. Beləliklə, komandamız turnirdə ilk medalını əldə edib.
Qeyd edək ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yetmiş doqquz ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]