Dağ yəhudiləri icmasının sədri: Tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür
Bakı, 31 yanvar, AZƏRTAC
Tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Azərbaycanın tolerantlıq modelini dini və mədəni müxtəlifliyin harmoniyası kimi qəbul edirəm. Çünki harmoniya şəklində yaşamaq hər xalqa məxsus olmur. Bu harmoniya Azərbaycan xalqının yüksək mədəniyyəti sayəsində mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimat mərasimində deyib.
İcma sədri dünyanın ən multikultural və tolerant ölkəsində yaşamaqdan fəxr etdiyini vurğulayaraq deyib: “Biz Azərbaycanda qərib deyilik və burada özümüzü Vətəndəki kimi hiss edirik”.
M.Yevdayev, həmçinin bu gün dünyada Azərbaycana qarşı həyata keçirilən qərəzli siyasətə də toxunub. Bildirib ki, ABŞ, AŞPA kimilər nə edir etsin, hərəsi bir havanı çalıb gedəcək. Bunların hamısı gəldi-gedərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]