Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Xaçmaza qastrol səfərinə gəlib
Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı Xaçmaza qastrol səfərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv xaçmazlı teatrsevərlərə Səid Əhmədin pyesi əsasında hazırlanan “Gəlinlərin üsyanı” tamaşasını təqdim edib.
Quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev olan səhnə əsərində əsas rolları Kəmalə Rzayeva, Əlimövsüm Abbasov, Rəhilə Ömərova, Şükufə Məlikova və başqaları ifa ediblər.
Komediya janrında olan tamaşa xaçmazlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Teatrın direktoru Firdovsi Əskərov tamaşaçılar önündə çıxış edərək, onlara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirib.