Daha 3 güləşçimiz fərdi dünya kuboku yarışlarında mübarizəyə başlayır
Bakı, 13 dekabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə - dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, Nihat Məmmədli (60 kiloqram) moldovalı Viktor Çiobanu, Taleh Məmmədov (63 kiloqram) Ukrayna təmsilçisi Aleksey Masik, Beka Kandelaki (130 kiloqram) Rumıniya güləşçisi Alin Kiurariu ilə qarşılaşacaq.
Turnirin ikinci yarısında, həmçinin millimizin üzvü İslambek Dadov (67 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Eldəniz Əzizli (55 kiloqram) isə təsəlliverici görüşdə gücünü sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]