Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Bakı, 29 may, AZƏRTAC
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iclasda KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da, “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 213-ə çatıb.
“Startap” şəhadətnamələri "Cool Bears" MMC-nin mobil və veb- oyunların tərtibi və istehsalı, "Multi Solutions" MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər üçün veb-platforma və mobil tətbiq layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]