Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Şamaxıda vətəndaşlarla görüş keçiriləcək
Bakı, 8 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov iyulun 12-də publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Gənclər küçəsi, 22A) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşların daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyənlər 14 saylı Şamaxı Ərazi İdarəsinə (telefon: (020) 26-5-01-07 (daxili 10) və 050-571-46-41) və 14 [email protected] elektron ünvana müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı VİDEO
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]