Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Bakı, 30 yanvar, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin əməkdaşları, “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstələri qoyublar.

Nizami adına Daşkənd Dövlət Universitetində keçirilən, Özbəkistan hökumətinin nümayəndələrinin, yerli ictimaiyyətin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təmsilçilərinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdikləri təqdimat mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliklərinin, səfir Hüseyn Quliyevin dəstəyi və kitabın müəllifi Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasiminin moderatoru Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov tədbiri açdıqdan sonra çıxış edən Nizami adına Daşkənd Dövlət Universitetinin rektoru, professor Abduqaffar Qırğızbayev iki ölkə arasında dostluq və əməkdaşlığın gündən-günə genişlənib möhkəmləndiyini, Özbəkistan rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini bildirib. Rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti haqqında danışan rektor 25 minə yaxın tələbənin təhsil aldığı universitetin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhfə verdiyini söyləyib. O, Heydər Əliyev dühasının böyüklüyündən söz açıb, onun təkcə Azərbaycan üçün deyil, Özbəkistan üçün də çox böyük və dəyərli şəxsiyyət olduğunu bildirib. Abduqaffar Qırğızbayev Heydər Əliyevin sovet dönəmində özbək xalqına qarşı həyata keçirilən “Pambıq işi”, digər faciə və təxribatların qarşısının alınmasında fədakarlığını xatırladıb.

Səfir Hüseyn Quliyev çıxışında Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmlənməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev haqqında çoxlu kitablar, böyük, maraqlı, dəyərli əsərlər yazılıb, yazılır və bundan sonra da uzun illər yazılacaqdır. “Heydər Əliyev haqqında yazılan hər bir əsəri yüksək qiymətləndirirəm. İlk növbədə, hesab edirəm ki, müəllif Emil Nəsirlinin Heydər Əliyevə həsr olunan bu kitabı, hər şeydən əvvəl, Ulu Öndərin şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir. “Heydər Əliyevin həyatının 100 anı” kitabında bu hörməti və ehtiramı müşahidə etmək, görmək, duymaq mümkündür. Digər tərəfdən, Heydər Əliyevə həsr olunan bu kitabı, eyni zamanda, Ümummilli Liderin şəxsiyyətinin, miqyasının və böyüklüyünün etirafının yeni bir nümunəsi sayıram. Əminəm ki, bu nəşr xüsusilə də gənclərin Heydər Əliyevin zəngin irsini, o cümlədən elmi irsinin öyrənmələrinə böyük töhfə verəcək”, - deyə səfir diqqətə çatdırıb.

Sonra çıxış edən yazıçı, alim-tərcüməçi Babaxan Şərif, Qadınlar Komitəsinin eksperti, Özbəkistanın Mənəviyyat və Maarifçilik Mərkəzinin üzvü Jamilya Şermuxamedova, yazıçı-tərcüməçi Şokir Dolimov, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru Niginaxon Şermuxamedova Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, həm sovet dövründə, həm də müstəqillikdən sonra iki qardaş respublika arasında əlaqələrin qurulmasında və inkişafında tarixi rolunun olduğunu vurğulayıblar. Onlar Azərbaycanla münasibətlərin Özbəkistan üçün daim prioritet olduğunu, Ulu Öndər tərəfindən təməli qoyulan əlaqələrimizin bu gün Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Təqdimat mərasimində çıxış edən Emil Nəsirli müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və ivrit dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verib. O vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının Sərəncamı ölkə ziyalıları və elm xadimləri tərəfindən sevinclə qarşılanıb. “Bu dahi şəxsiyyətin yubileyini qeyd etməklə biz dövlətçiliyimizin tarixi ənənəsini yaradırıq. Gənc nəsil bu ənənəni əsrlər boyu davam etdirəcək və gələcəkdə Azərbaycan dövlətini Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığını biləcək, onun irsini daha dərindən öyrənəcəklər”, - deyə müəllif qeyd edib.

E.Nəsirli, həmçinin diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, elmi, mənəvi irsi bütövlükdə Azərbaycanın dövlətçilik məfkurəsinin formalaşmasına, ölkəmizdə praktik siyasətin həyata keçirilməsinə böyük töhfələr verib və bu gün də verməkdədir. Onun mənəvi irsi nə qədər ki, Azərbaycan olacaq, həmişə Azərbaycanın inkişaf yoluna bir mayak kimi işıq saçacaqdır. Kitabın çox mühüm məziyyətlərindən biri də təbii ki, Heydər Əliyevə sevgi, hörmət və ehtiramı özündə ehtiva etməsidir. “Bu kitab dahi şəxsiyyət Heydər Əliyev irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır. Gələcəkdə kitabı, həmçinin Çin, fransız, ispan və başqa dillərə tərcümə etməyi nəzərdə tutmuşuq ki, dost ölkələrin hamısında mümkün qədər yayılsın. Artıq kitabın ivrit dilinə tərcüməsinə başlanılıb. Əsərin məzmunu Ulu Öndər Heydər Əliyevin demək olar bütün fəaliyyətinin, o cümlədən quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir”, - deyə Emil Nəsirli bildirib.

Təqdimatda çıxış edən tanınmış özbək publisisti, şair və yazıçısı, “Heydər Əliyevin zəfəri” və “Azərbaycanın zəfəri” kitablarının müəllifi İsmət Kuçiyev deyib ki, Heydər Əliyevin xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə olan münasibəti əbədi qalacaq. “Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli Lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub”, - deyə o əlavə edib.

Emil Nəsirli, həmçinin bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının qərarı ilə İsmət Kuçiyev beynəlxalq jurnalın fəxri üzvü seçilib və ona fəxri üzvlük sertifikatı təqdim edilib.

Tədbirdə Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlər ilə əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub