Daşkəsəndə yağan qarın hündürlüyü 60 santimetrə çatıb
Daşkəsən, 24 fevral, Elcan Məmmədov, AZƏRTAC
Fevralın 24-də Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində şaxtalı hava şəraiti davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb.
Avtomobil yollarında mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb.