Dekabrın 9-u axşamadək Bakının və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq
Bakı, 7 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Düşən yağıntının miqdarı 3 mm-dək olub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]