DƏMİR YOLU İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq qərara alıram:
1. Hər il oktyabrın 13-ü – müstəqil Azərbaycan dəmir yolunun təşkil
edildiyi gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü elan edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 7 oktyabr 2005-ci il.