Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmyə şəraitində əkinlə məşğul olan taxılçılar nəyi bilməlidirlər? – mütəxəssis tövsiyəsi

Qobustan, 12 iyun, Adil Ağayev, AZƏRTAC

Bu gün respublikamızın hər yerində, o cümlədən Dağlıq Şirvan bölgəsində taxıl biçini kampaniyası davam edir. Unutmaq olmaz ki, bu bölgə su təminatı baxımından nəmliklə stabil təmin olunmayan quraq dəmyə şəraitinə malikdir və buna görə də biçindən dərhal sonra gələn ilin yüksək məhsulu üçün torpaqların payız əkininə hazırlanmasına, ümumiyyətlə payızlıq əkinə hazırlıq sahəsində vacib olan tədbirlərin kompleks şəkildə yerinə yetirilməsi diqqətdə saxlanılmalıdır.

AZƏRTAC-ın bölgə müxbirinin sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov deyib: “Dağlıq Şirvan bölgəsində torpaqdan səmərəli istifadə etməklə ondan yüksək gəlir götürülməsi üçün əkinçiliyin təşkilində bir çox məsələlərin düzgün qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış kompleks əkinçilik sisteminin tətbiq edilməsi zərurətini yaradır. Bu məsələlərin həlli istiqamətində son illərdə Qobustan Bölgə Təcrübə Stansiyasında bir çox elmi-tədqiqat işləri aparılıb və təsərrüfatlarda tətbiq edilib. Müəyyən olunub ki, bölgədə yağıntıların miqdarının az olması, qışda temperaturun xeyli aşağı düşə bilməsi ehtimalı, quraqlığın həm də yüksək temperaturla müşayiət olunması kimi stress amillərin gözlənildiyi şəraitdə düzgün becərmə aqrotexnikasının tətbiqi, stress faktorlara qarşı davamlı sortlardan istifadə etmək, torpaq münbitliyinin qorunub saxlanılmasını təmin edən əkin dövriyyəsinin tətbiqi mühüm şərtlərdir. Bölgədə həm də sarı pas xəstəliyinin və zərərvericilərin-xüsusilə də zərərli bağacığın kifayət qədər olması da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Dağlıq Şirvanın nəmliklə stabil təmin olunmayan dəmyə şəraitində aparılan tədqiqatlarla müəyyən edilib ki, bu bölgədə payızlıq taxıllardan arpa və buğda, yazlıq bitkilərdən isə yem və ərzaq noxudu ən səmərəli bitkilərdir və torpaqdan maksimum məhsul götürülməsini təmin edir”.

Herik-taxıl-paxlalı bitki-taxıl əkin dövriyyəsi ən optimal nəticə verir

A.Cahangirov bildirib ki, qeyd olunan bitkilərdən yüksək məhsul götürülməsi üçün onların düzgün yerləşdirilməsi və bu zaman nəmliyi maksimum dərəcədə qoruyub saxlamağı, ondan səmərəli istifadə edilməsini təmin edən və torpaq münbitliyini qoruyub saxlayan aqrotexnikanın tətbiq olunması vacib şərtdir.

Aparılan çoxillik tədqiqatların nəticəsində müəyyən edilib ki, Dağlıq Şirvanın nəmliklə təmin olunmayan dəmyə şəraitində herik-taxıl-paxlalı bitki-taxıl əkin dövriyyəsi ən optimal nəticə verir. Qeyd olunan əkin dövriyyəsində torpaq hər dörd ildə bir il dincə saxlanılır (25%), 2 il taxıl (50%) və 1 il (25%) paxlalı bitki əkilir. Nəticədə ardıcıl taxıl əkilməsinin qarşısı alınır, paxlalı bitkilər torpaqda azot toplanmasını təmin etməklə ondan sonra əkilən taxıl üçün müəyyən qədər qida ehtiyatı yaradır və eyni zamanda, torpağın aqrofiziki xassələri yaxşılaşdırılır. Təqdim olunan əkin dövriyyəsi zamanı bitkilərin növbələşməsi təmin olunduğu üçün hər bir bitkiyə xas olan xəstəlik və zərərvericilərin yayılmasının qarşısı alınır ki, bu da yekun nəticədə məhsuldarlığın yüksəlməsinə və dənin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, herik-taxıl-paxlalı bitki-taxıl əkin dövriyyəsi zamanı həm də torpağın aqrofiziki strukturunu pozan, onun münbitliyini və məhsuldarlığını aşağı salan torpaq işləmələri minimuma endirilir. Nəmliklə stabil təmin olunmayan dəmyə şəraitində qara heriyin düzgün saxlanılması mühüm şərtlərdən biridir. Belə ki, bu işin düzgün təşkili üçün yayda taxıl biçildikdən sonra sahənin gecikmədən bitki qalıqlarından təmizlənməsi və diskli mala ilə 5-7 santimetr dərinliyində üzlənməsi lazımdır. Bu əməliyyatın operativ surətdə həyata keçirilməsi torpaqda yaranan çatların bağlanmasını təmin edir və nəticədə dərin qatlardakı suyun sürətlə buxarlanmasının qarşısı alınır. Bu zaman həm də torpaq səthində olan alaq toxumlarının və bitki qalıqlarının torpağa qarışdırılması təmin olunur ki, nəticədə payızın ilk yağıntılarından sonra alaq otları bərabər səviyyədə cücərir. Keyfiyyətli qara heriyin saxlanılması üçün torpağın noyabr, dekabr və ya yanvar ayından gec olmayaraq 25-27 santimetr dərinliyində şumlanması lazımdır. Torpaqda olan kalsinatların yerləşməsi aşağı qatlarda olarsa şumun dərinliyini 30 santimetrə qədər çatdırmaq olar. Qeyd etmək yerinə düşərdi ki, torpağın şumlanması onun alt qatlarının üstə çıxmasına və üst qatdakı üzvi qalıqların aşağı qatlara keçməsinə səbəb olur. Məlum olduğu kimi torpağın üstündəki bitki qalıqlarının çürüməklə minerallaşması prosesi aerob şəraitdə (hava olduğu şəraitdə) gedir və humus əmələ gəlməsi də üst qatlardan aşağıya doğru olur. Bu baxımda şum prosesinin bu prosesləri müəyyən qədər ləngitdiyi görünür. Eyni zamanda, qeyd edilməlidir ki, xüsusilə quraq dəmyə şəraitində bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi və torpağın dərin qatlarına nüfuz edə bilməsi üçün torpağın müəyyən həddə qədər yumşaq və kipliyinin az olması lazımdır. Buradan da şum əməliyyatının həm lazımlı, həm də müəyyən qədər az istifadə olunması görünür. Bu məsələ son illərdə dərindən yumşaldıcı alətlərin - reperlərin tətbiqi ilə öz həllini tapıb. Belə ki, dərindən yumşaldıcı alətlər torpağı çevirmədən onu yumşaldır ki, bu da bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi üçün şərait yaradır.

Torpağın çevrilmədən 35-40 santimetr dərinliyində yumşaldılmasının digər faydaları da var. Belə ki, bu əməliyyat zamanı torpağın qatları öz yerində qalmaqla onun aşınmasının qarşısı alınır. Nəticədə torpağın su və külək eroziyasına qarşı dayanıqlılığı artır. Digər tərəfdən isə torpağın bu cür işlənməsi onun şum qatının altında yaranan bərkimiş hissənin (podoşva) dağılmasına səbəb olur. Nəticədə bir tərəfdən bitkilərin - xüsusilə də saçaqlı kök sisteminə malik olan taxıl bitkilərinin kökləri torpağın dərinliklərinə doğru daha rahat inkişaf edir. Digər tərəfdən isə quraq dəmyə şəraitində yağıntıların tutulması və torpaqda akkumulyasiyası kimi vacib olan bir prosesin daha yaxşı təmin olunması üçün zəmin yaranır. Belə ki, qış aylarında yağan qarın əriməsi zamanı alınan su və bəzən müşahidə olunan leysan yağışları torpaq üzərindən axıb getmir və daha aşağı qatlara hopur ki, bununla da bitkilər üçün ehtiyat yaranır. Beləliklə, qara heriyin saxlanması üçün noyabr-yanvar aylarında şum çıxarılması və ya dərindən yumşaltma əməliyyatı aparılır. Bu qaydada hazırlanan torpaq qış və yaz aylarında düşən nəmliyi akkumulyasiya edir və bu zaman həm nəmli şəraitdə torpaqda mikrobioloji proseslərin daha yaxşı getməsi nəticəsində onun münbitliyi artır və həm də gələcəkdə əkiləcək taxıl üçün su ehtiyatı toplanmış olur. Qeyd etmək lazımdır ki, qara heriyin düzgün saxlanması onda olan qida maddələrinin və akkumulyasiya olunan nəmliyin itirilməməsini tələb edir. Bunun üçün qara herikdə alaq otlarının inkişafının və torpağın çatlamasının qarşısının alınması mühüm şərtlərdəndir. Torpağa zərər vurmadan bu məqsədə nail olmaq üçün herikdə alaqların bitməsi zamanı onların münasib alətlərlə işlənməsi tələb olunur. Belə ki, heriyin 1-ci yaz becərilməsi zamanı diskli maladan istifadə olunması məqsədəuyğundur. Bu zaman alaq otlarının məhv edilməsi ilə yanaşı həm də torpaq səthi hamarlanır ki, bu da gələcəkdə herikdə müəyyən əməliyyatların aparılmasının keyfiyyətini artırır. Yaz-yay aylarında alaqların bitməsindən və torpağın çatlamasından asılı olaraq qara herik sahəsində diskli mala əməliyyatından sonra 1 və ya 2 dəfə pəncəli kultivatorla 5 - 7 santimetr dərinliyində işləmə aparılır. Qeyd edək ki, qara herik sahəsində diskiləmədən sonra kultivator çəkilməsi torpağın daha çox xırdalanaraq toz halına düşməsinin qarşısını alır və nəticədə külək eroziyası torpağa ziyan vurmur. Payızda qara herik sahəsində alaq otları cücərdikdən sonra yenə də torpağın bərkliyindən asılı olaraq kultivator və ya diskli mala çəkilir, torpaq səthi hamarlanır və səpin aparılır.

                                 Gübrələrdən düzgün və səmərəli istifadə zəruridir

Mütəxəssis qeyd edib ki, payızlıq taxılların səpini zamanı torpaq analizinin nəticəsindən asılı olaraq lazımi miqdarda fosfor və kalium gübrələri verilir. Bu gübrələrin torpağa yaxşı qarışmasını təmin etmək üçün onlar ya axırıncı əməliyyatdan əvvəl səpilir və torpağa qarışdırılır, ya da toxumsəpənin gübrə üçün olan bunkerinə tökülərək toxumla birlikdə sahəyə verilir. Payızda bitkilərin yaxşı inkişaf edərək normal kollanmasını və qışa güclü bitkilər kimi keçməsini təmin etmək üçün hesablanmış illik fosfor və kalium gübrələrinin hamısı, azot gübrəsi normasının isə 25-30 faizini vermək məqsədəuyğundur. Bunun üçün tərkibində həm də azot maddəsi olan və suda daha yaxşı həll olan fosfor və kalium gübrələrinin tətbiq edilməsi səmərəliliyi daha da artırır. Payızda kompleks tərkibli şumaltı gübrələrin tətbiq edilməsi qışlamaya qədər yaxşı kollanmış və inkişaf etmiş bitkilərin formalaşmasına səbəb olur ki, bu da onların gələcəkdə şaxtaya, qışa, quraqlığa, xəstəliyə və sair stress faktorlara davamlılığını artırır.

                            Payızlıq taxıl sahələrində yaz qulluq işləri düzgün aparılmalıdır

Quraq dəmyə bölgələrdə payızlıq taxıl sahələrində yaz qulluq işlərinin düzgün aparılması torpaqdakı nəmlik ehtiyatının səmərəli istifadə edilməsinə kömək edir. Bu barədə danışan mütəxəssis bildirib ki, yazda alaq otlarına qarşı aparılan mübarizə nəticəsində onların məhv edilməsi torpaqdakı suyun alaqlar tərəfindən sərfiyatının qarşısını alır. Eyni zamanda, həm şumaltı, həm də yemləmə kimi verilən gübrələrin alaq otları tərəfindən mənimsənilməsinin qarşısı alınır və nəticədə taxılın daha yaxşı inkişafı təmin edilmiş olur. Alaq otlarının məhv edilməsi, eyni zamanda, sahədə sıxlığın yaranmasının da qarşısını alır ki, bu da xəstəliklərin sürətli yayılmasını əngəlləyir.

Nəmliklə təmin olunmaya dəmyə şəraitində stabil və yüksək məhsulun alınması üçün həm də payızlıq taxılların quraqlığa, həm də digər stress faktorlara davamlı sortların əkilməsi mühüm şərtdir. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizə xaricdən gətirilən buğda sortlarının bölgələr üzrə düzgün yerləşdirilməməsi xeyli miqdarda məhsul itkisinə səbəb olur. Mütəxəssis nəmliklə təmin olunmayan və nisbətən mülayim iqlim şəraitinə malik ekoloji bölgələrdən gətirilən buğda sortlarının normal məhsul vermədiyini diqqətə çatdırıb. Həmin sortlar adətən gec sünbülləyir ki, sonradan istilərin düşməsi və vegetasiyanın qısalması nəticəsində belə sortlarda dənin dolması fazası qısalır və yekunda məhsuldarlıq və ümumi məhsul istehsalı aşağı düşür. Digər ekoloji bölgələrdən gətirilən taxıl sortları həm də yerli şəraitdə mövcud olan xəstəliklərə qarşı da davamlı olmur ki, bu da nəticədə müəyyən qədər məhsul itkisi ilə nəticələnir. Mütəxəssis bunları nəzərə alaraq nəmliklə təmin olunmayan şəraitdə payızlıq buğda və arpa əkinində yerli şəraitdə sınanan, quraqlıq və yüksək temperatur kimi stress amillərə və xəstəliklərə davamlı olan sortlardan istifadə edilməsini məqsədəuyğun hesab edir.

“Dağlıq Şirvan bölgəsinin nəmliklə stabil təmin olunmayan ərazilərində yazlıq taxıldan normal məhsul götürülməsi çox çətindir. Yalnız zərurət yaranarsa, bu bölgənin nisbətən yüksək dağlıq ərazilərində - dəniz səviyyəsindən 1000 metrdən yuxarı olmaqla, yazlıq arpa və ya vələmir əkmək olar. Bu zaman əkinin mümkün qədər tez aparılmasına çalışmaq lazımdır. Əgər sonradan iqlim şəraiti uğurlu keçərsə, həmin bitkilərdən normal məhsul götürülməsi gözlənilə bilər”, - deyə o əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb