DƏNİZ VƏ MİLLİ AVİASİYA AKADEMİYALARINA SƏNƏD QƏBULU BAŞLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Dəniz Akademiyasının, yaxud Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını seçən əvvəlki illərin məzunları sənədlərini iyunun 15-dək, 2004-cü ilin məzunları isə iyunun18-dən 30-dək həmin təhsil müəssisələrində yaradılmış sənəd qəbulu komissiyalarına təqdim etməlidir. Onlar həmin təhsil müəssisələrində xüsusi tibbi və psixoloji müayinədən keçəcəklər. Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını seçənlər həm də xarici dil üzrə müsahibədən keçməlidirlər.
Müayinədən və müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər ərizələrində bu ali məktəblərin müvafiq ixtisaslarını göstərmək hüququ qazanırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]