Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquqa söykənir

Deputat: Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquqa söykənir

Bakı, 29 aprel, AZƏRTAC

İkinci Qarabağ müharibəsini döyüş meydanında Zəfərlə başa çatdırmağımız növbəti mərhələlərdə də uğurlara imza atmağımıza yol açıb. Prezident İlham Əliyev 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı şanlı Qələbəmiz adlandırmışdı. Məlumdur ki, 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatlar və Ermənistana dayaq olan bəzi ölkələr keçmiş Qarabağ münaqişəsini dondurmaq istəyir və bu problemin həll olunmasına bir növ maneə törədirdilər. Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə çalışsa da, bu istiqamətdə təşəbbüslərlə çıxış edən dairələrin əsl məqsədini yaxşı bilirdi. Bununla yanaşı, atəşkəsin əldə olunmasına rəğmən, səngiməyən erməni təxribatları güclü ordunun yaradılmasını labüd edirdi. Ordunun qüdrətli olmasının təməl prinsiplərindən biri də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi idi. Odur ki, dövlətimiz gənclərin Vətənə və xalqa sevgi ruhunda tərbiyə olunmasına xüsusi yer verirdi. Aparılan islahatlar, həyata keçirilən düzgün siyasət özünü 2016-cı il Aprel döyüşlərində doğrultdu. Dörd gün ərzində Azərbaycan Ordusu öz gücünü qismən də olsa Ermənistana və havadarlarına göstərdi. Aprel döyüşlərində Ordumuzun gücünə bələd olan Ermənistana danışıqlar yolu ilə torpaqlarımızın qaytarılması kimi şans da verildi. Lakin ermənilər öz hiyləgərliklərindən əl çəkmədilər. Aldıqları zərbənin təsirindən özlərini Azərbaycanla razılaşmış kimi göstərsələr də, bir müddət keçəndən sonra yenidən öz ritorikalarına qayıtdılar. Təxribatlar, Ordumuzun bölmələrinin, yaşayış məntəqələrinin hədəf alınması 2020-ci il sentyabrın 27-nə qədər davam etdi. Həmin gün səbir kasamızdakı son damlanı daşıran Ermənistanın hərbi-siyasi hakimiyyəti və ordusu müharibənin başlayacağını, bu dəfə heç bir qüvvənin Azərbaycanı dayandıra bilməyəcəyini nəzərə almamışdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir əmri ilə “Dəmir yumruğa” çevrilən Ordumuz 44 gün ərzində 30 illik işğala son qoyaraq düşməni “ağ bayraq” qaldırmağa və kapitulyasiya sənədinə imza atmağa məcbur etdi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, lakin həmin o biabırçı məğlubiyyət və rəzil duruma düşmələri belə ermənilərə dərs olmadı. Çünki müharibədən bir müddət keçəndən sonra yenə də ritorikasını dəyişən Ermənistan müxtəlif bəhanə və vaxt uzatmalarla sülh müqaviləsinin imzalanmasından yayındı. Bundan əlavə, rəsmi İrəvan üçtərəfli Bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini icra etmir. Əksinə, yeni təxribatlara əl atır, 2021-ci ildə istehsal olunmuş minaları Azərbaycanın azad olunmuş ərazilərinə gətirərək basdırır ki, bu da yeni terror hadisələrinə yol açır. Azərbaycan isə Ermənistanın revanşist əməllərinə səbirlə yanaşır və sülh müqaviləsinin imzalanmasına təşəbbüs göstərən tərəflərin təkliflərinə sadiqliyini nümayiş etdirir. Ermənistan isə ona dəstək olan Fransa və digər ermənipərəst ölkələrin, təşkilatların mövqeyindən ruhlanaraq yeni xülyalara qapılır, sülh müqaviləsinin imzalanmasını manipulyasiya etməyə çalışır. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin qətiyyəti və sözünün üstündə möhkəm dayanması nəticəsində Praqa və Soçidəki görüşlərdə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu.

Son 2,5 il ərzində Azərbaycan Ordusunun şərti dövlət sərhədində öz mövqelərini möhkəmləndirdiyini deyən A.Badamov bildirib: “2020-ci ilin 10 noyabrında əldə olunmuş razılığa əsasən, Laçın şəhərinin içindən Xankəndiyə gedən yola alternativ olaraq yeni yol inşa edilməli idi. Prezident İlham Əliyevin qətiyyəti sayəsində həmin yol təqribən iki il ərzində inşa edildi və ümumiyyətlə, “dəhliz” adlandırılan ərazi yol statusu aldı. Ermənistan və Rusiyanın 2020-ci il 10 noyabr danışıqlarında “yeni Laçın dəhlizi”nin eninin 20 kilometr nəzərdə tutulmasına təkid etməsinə baxmayaraq, Prezident İlham Əliyevin səyləri ilə həmin ərazinin eni cəmi 5 kilometr müəyyənləşdirildi. Naxçıvana maneəsiz keçid məsələsi üçtərəfli Bəyanata salındı və bunun əsasında gələcəkdə Zəngəzur dəhlizin açılması üçün hüquqi baza hazırlandı”.

Diqqətə çatdırılıb ki, son 2,5 ildə Ermənistan dəfələrlə təxribatlar törətsə də, hamısının qarşısı çox uğurla alınıb və müzəffər Ordumuz hər dəfə düşmənə layiqli cavab verərək “Dəmir yumruğ”un yerində olduğunu sübut edib. Ermənilər Laçın-Xankəndi yolu vasitəsilə silah-sursat daşıyır, hərbçilərin rotasiyasını aparırdılar. Bu azmış kimi, Qarabağdakı təbii sərvətlərimiz talan edilib həmin yol ilə Ermənistana daşınırdı. Lakin dekabrın 12-də ekofəalların və ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunda fasiləsiz aksiyalara başlaması Ermənistanın həmin qanunsuzluqları davam etdirməsinə mane oldu. Laçın-Xankəndi yolunda qeyri-qanuni hərəkətlərini reallaşdıra bilməyən Ermənistan torpaq yollardan istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirməyə başladı. Ordumuz həmin ərazilərdə də nəzarəti bərpa etdi və nəhayət aprelin 23-də Laçın yolunun Ermənistana birləşən yerində Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi quruldu. Təbii ki, bu, çox əlamətdar tarixi hadisədir. Bu o deməkdir ki, Azərbaycan dövlət sərhədlərini tam nəzarət altına aldı. Sərhəd-buraxılış məntəqəsinin yaradılması erməni lobbisini və ona dəstək verənləri dərhal hərəkətə keçməyə, ardıcıl bəyanatlar yaymağa məcbur etdi. Lakin dövlətimizin başçısının iradəsi və müdrik gedişləri heç bir beynəlxalq dairənin məsələyə müdaxiləsinə yer qoymadı. Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquqa söykənsə də, təəssüf ki, bu gün yenə də münaqişələrə ikili standartlarla yanaşanlar var. Belə ki, Rusiyanı Ukraynanın ərazisinə müdaxilədə günahlandıranlar Ermənistan üçün Azərbaycandan ərazi qoparmağa çalışırlar. Təbii ki, bu, mümkün deyil. Qarabağdakı ermənilərə gəlincə, onların yeganə çıxış yolu ya Azərbaycan Bayrağının altına keçmək və ölkəmizin vətəndaşları kimi yaşamaq, ya da bu torpaqlardan birdəfəlik getməkdir. Ermənilərin bütün xəyalları və separatçı arzuları tarixin tozlu yollarında it-bata düşdü.

“Bu gün güclü Azərbaycan və onun uzaqgörən, iradəli Lideri - Prezident İlham Əliyev var. Hesab edirəm ki, ermənilər də Liderimizin rəhbərliyi ilə yaşamağa davam etsələr, öz xoşbəxt həyatlarını qura biləcəklər”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb