Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Çernobbio forumu Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında növbəti platforma rolunu oynayıb

Deputat: Çernobbio forumu Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında növbəti platforma rolunu oynayıb

Bakı, 2 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddətdə çox güclü və qüdrətli dövlətə, dünyada böyük nüfuz qazanmış və hörmətlə yanaşılan ölkəyə çevrilib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin Prezident İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq forumlara dəvət edilməsi ölkəmizin və dövlətimizin başçısının beynəlxalq nüfuzundan xəbər verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində işə başlayan “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması da deyilənləri bir daha təsdiqləyir: “Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib”.

Deputatın sözlərinə görə, 1965-ci ildən fəaliyyət göstərən “The European House - Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur: “Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House - Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir. Bu beyin mərkəzi, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Bu dəfə isə Prezident İlham Əliyev bu beynəlxalq tədbirdə əsas qonaq qismində çıxış edib ki, bu da yuxarıda vurğulandığı kimi dövlətimizin başçısının beynəlxalq aləmdə böyük nüfuza malik olmasının daha bir sübutudur”.

Forumda bir sıra məsələlərin müzakirə edildiyini deyən V.İskəndərov bu sırada enerji məsələlərinin öndə olduğunu bildirib: “Bu da səbəbsiz deyil. Çünki bu gün Avropanın üzləşdiyi böhran vəziyyəti özünə alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. Yeri gəlmişkən, forumdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var. Dövlətimizin başçısı qeyd edib ki, biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”.

Azərbaycan Prezidentinin forumdakı çıxışında diqqəti çəkən digər məqamın qaz təchizatı ilə bağlı olduğunu qeyd edən deputat deyib: “Prezident İlham Əliyev deyib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihələr mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək. Dövlətimizin başçısı bildirib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub”.

V.İskəndərov bildirib ki, dövlətimizin başçısının çıxışı təkcə enerji və qaz təchizatı ilə bağlı məqamlarla yadda qalmayıb: “Məsələn, forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu kontekstdə Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Göründüyü kimi bu, olduqca vacib məqamlardır. Ümumiyyətlə, hesab edirəm ki, bu forum Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında növbəti platforma rolunu oynayıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq

“Gəncə” klubu ABŞ-dən olan basketbolçunu transfer edib

MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

“Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf VİDEO

“Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf VİDEO

Ferstappen “Red Bull” komandası ilə müqaviləsinin müddətini uzadıb

Bu saata olan əsas xəbərlər

Mahmud Qurbanov: “Qarabağ” çətin oyunların reseptini yaxşı bilir

® “Azercell” “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

AYNA: Naxçıvanda şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 95 faizə yüksəlib

Zaur İmrani: Xəzərin su balansında iqlim, hidrologiya və antropogen amillər mühüm rol oynayır VİDEO

Zaur İmrani: Xəzərin su balansında iqlim, hidrologiya və antropogen amillər mühüm rol oynayır VİDEO

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb

İsveçdə qızılca epidemiyası yayılır

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

Ekspert: Yeni Fərman qeyri-neft-qaz məhsulları ixracının daha uzaq coğrafiyalara yayılmasına kömək edəcək

Yanvar-iyul aylarında gecikdirilmiş 456 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib VİDEO

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib VİDEO

Bu il Naxçıvan Muxtar Respublikasının ticarət dövriyyəsi 31 faiz artıb

Türkiyədə şaquli qalxma qabiliyyətinə malik “Bayraktar” PUA-larından istifadə olunacaq

Görkəmli xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunub VİDEO

Görkəmli xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunub VİDEO

İlin I yarısında qeydə alınan yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Böyük Britaniya mətbuatında Azərbaycanın şəhərsalma mədəniyyətində multikultural kimlik ilə bağlı məqalə dərc edilib

Dünya tennisinin 1 nömrəsindən gözlənilməz məğlubiyyət

İsveçdə keçiriləcək seçkilərdə azərbaycanəsilli namizədlər də mübarizə aparacaq

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

ABŞ-nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir

Naxçıvanda sahibkarlara 115 təsdiqedici sənəd verilib

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul üçün qeydiyyat başlayır

Media nümayəndələri Formula 1 könüllülərinin təlim prosesi ilə tanış olublar VİDEO

Media nümayəndələri Formula 1 könüllülərinin təlim prosesi ilə tanış olublar VİDEO

Birləşmiş Ştatların neft ehtiyatları artır

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 170 layihə başa çatdırılıb

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS VİDEO

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS VİDEO

Qızılın qiyməti iki ayın maksimumuna yüksəlib

100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ!

AZCON Holding insan kapitalının idarə olunması üzrə beynəlxalq mükafatlara layiq görülüb

Birjalarda qızıl və gümüşün qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Birjalarda qızıl və gümüşün qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib VİDEO

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib VİDEO

Konfrans Liqası: “Qarabağ” bu gün səfərdə Niderland klubu ilə qarşılaşacaq

Rza Bayramov: Azərbaycan professional dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır

ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər VİDEO

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər VİDEO

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26-dan müddətsiz tətilə başlayırlar

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

Çin dövlət qurumları üçün “Windows” dəstəyini dayandırır

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

“Google” süni intellekt vasitəsilə bədən tərkibini təhlil edən sistem hazırlayıb

Fransada kibertəhlükə: Milyonlarla hesab və şəxsi məlumatlar hakerlərin əlinə keçib

Kiyevdə raket zərbələri nəticəsində ölənlər və xəsarət alanların sayı artıb - YENİLƏNİB 2

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

ABŞ-də bağırsaq infeksiyasına yoluxanların sayı 15 mini ötüb

“Nokia” Çin bazarını tərk edir - şirkət bu ölkədə kütləvi işçi ixtisarına başlayır

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

ABŞ Qəzzada sabitləşdirmə qüvvələrinə 206 milyon dollar vəsait ayıracaq

Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Şamaxıda qəzada ölənlərin sayı 2-yə çatıb – YENİLƏNİB 2 VİDEO

Şamaxıda qəzada ölənlərin sayı 2-yə çatıb – YENİLƏNİB 2 VİDEO

Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib

Tramp özünü Kim Çen Inla əlaqə quran yeganə ABŞ lideri adlandırıb

Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub -  YENİLƏNİB 5

Tramp ABŞ-nin süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

Bu saata olan əsas xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş təşkil edilib

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO