Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Vətəndaşlarımızın rifahının yüksəldilməsi dövlətimizin başçısını düşündürən ən ümdə məsələlərdəndir

Deputat: Vətəndaşlarımızın rifahının yüksəldilməsi dövlətimizin başçısını düşündürən ən ümdə məsələlərdəndir

Bakı, 8 avqust, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev Prezident seçildiyi ilk gündən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına dair verdiyi vədinə qəbul etdiyi hər bir qərarı, atdığı hər bir addımı ilə hər zaman əməl edib. Bu gün də hamımız ən çətin, ən ağır məqamlarda belə məhz xalqın rifahının, dövlətin mənafeylərinin möhtərəm Prezidentimizin siyasətində prioritet olduğunun canlı şahidləriyik. Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videokonfrans formatında keçirdiyi müşavirədə müzakirə olunan məsələlər də bütünlüklə bu prioritetlərin təmin olunmasına istiqamətlənmişdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının həmin müşavirədə söylədiyi giriş nitqində qeyd etdiyi kimi, bu gün ölkəmizdə koronavirusa qarşı görülən qətiyyətli mübarizə tədbirləri nəticəsində artıq müsbət dinamika müşahidə olunmaqdadır. İyulun 16-dan müşahidə olunmağa başlayan bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər gözlənilən effektiv nəticələri verməkdədir. Məhz bu tədbirlər nəticəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyət hazırda tam nəzarət altındadır və son üç həftə ərzində xəstəliyə yoluxanların sayı sağalanların sayından xeyli aşağı düşüb. Xüsusi olaraq bunu da qeyd etmək istərdim ki, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk günlərdən dövlətimizin başçısı bilavasitə nəzarəti altında bütün tələb olunan qabaqlayıcı tədbirlərin təxirə salınmadan həyata keçirilməsi sayəsində biz bu vəziyyətdən ən az itkilərlə çıxırıq.

“Təbii ki, əldə olunmuş nəticələrdə koronavirusla mübarizədə əsl fədakarlıq nümayiş etdirən həkimlərimizin çox böyük əməyi vardır. Prezident də öz çıxışında qeyd etdiyi kimi, məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Digər tərəfdən isə, bu qorxunc xəstəliklə effektiv mübarizə apara bilmək üçün həkimlərimizin də müvafiq şəraitə, tələb olunan preparat və avadanlıqlara olan ehtiyacları yenə də dövlətimiz tərəfindən təmin edilib. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir ki, həmin xəstəxanaların da 41-i son 17 il ərzində məhz möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa tapşırığı əsasında tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Həmçinin bir müddət əvvəl xəstələrin sayı artmaqda olduğundan yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə də modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. O cümlədən Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində dövlət başçımızın bilavasitə iştirakıyla bu xəstəxanaların açılışı olub. Yaxın gələcəkdə isə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə də təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”, - deyə professor vurğulayıb.

Aqiyə Naxçıvanlı qeyd edib ki, pandemiya dövründə zəruri karantin rejiminin tətbiqi ilə əlaqədar insanların maddi durumlarının necə olacağı da əsas narahatlıq doğuran məsələlərdən idi. Bir çox sahələr öz fəaliyyətini dayandırdığından vətəndaşların maddi gəlirlərinin də kəskin şəkildə aşağı düşəcəyi gözlənilirdi. Lakin dövlətimizin başçısının atdığı məqsədyönlü addımlar, qəbul etdiyi düşünülmüş və müdrik qərarlar sayəsində bu problem də ən optimal şəkildə öz həllini tapmış oldu. Son aylar ərzində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədiyi halda belə dövlət tərəfindən onlara əməkhaqqı ödənilir. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub və onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Avqustun 6-da keçirilmiş müşavirədə isə möhtərəm Prezidentimiz İlham Əliyev bu xüsusda qəbul etdiyi növbəti insanpərvər qərarı ilə həqiqətən məhz insanlarımızın mənafeylərinin, vətəndaşlarımızın rifahının yüksəlişinin onu düşündürən ən ümdə məsələlərdən olduğunu bir daha təsdiq etmiş oldu. Belə ki, dövlətimizin başçısı aztəminatlı təbəqəyə aid olan insanların dövlət dəstəyilə bundan sonra da əhatə olunmalarının vacibliyini vurğulayaraq, avqust ayında da onlara 190 manatlıq müavinətin ödənilməsi barədə müvafiq qurumlara tapşırıq verdi.

Deputat bildirib: “Həqiqətən də son illər ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu məqamı öz çıxışında xüsusi olaraq vurğulayan dövlət başçımız bu barədə deyib: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq”.

Aydındır ki, bütün bu sosial layihələrin həyata keçirilməsi yalnız güclü iqtisadiyyata malik ölkələrdə mümkündür. Nəzərə alsaq ki, bu gün pandemiya ilə əlaqədar bir çox inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz və hətta ondan da çoxdur, bu zaman Azərbaycanda vəziyyətin kifayət qədər qənaətbəxş olduğunu daha aydın görə bilərik. Təbii ki, bu vəziyyət də birbaşa Prezident İlham Əliyevin güclü iradəsi, qüsursuz idarəçilik təcrübəsi və qəbul etdiyi müdrik qərarlar sayəsində formalaşıb. O cümlədən vergi sistemində aparılan ciddi islahatların nəticəsi olaraq, bu gün vergilərin 75 faizi özəl sektorda formalaşıb və 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb. Bununla belə, dövlətimizin başçısının dediyi kimi, yenə də iqtisadi inkişafımız təmin edilməlidir və bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır.

Göründüyü kimi, bu gün müşahidə olunan müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Biz unutmamalıyıq ki, bütün bəşəriyyəti təhdid edən təhlükə, COVID-19 infeksiyası hələ ki, yoxa çıxmayıb. Məhz buna görə dövlətimiz də xəstəliyə qarşı mübarizəni səngitmir və bu məsələyə çox ciddi nəzarət olunur. Öz növbəmizdə biz vətəndaşlar da hamılıqla son dərəcə məsuliyyətli olmalıyıq. Yalnız bu halda, yaxın vaxtlarda bu karantin rejiminin daha da yumşaldılması və cəmiyyətimizin normal həyata yenidən dönməsi mümkün ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH