DGK: Azərbaycan Aİ-nin tranzit sisteminə qoşulmaq üçün iş aparır
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq çərçivəsində tranzit sistemə qoşulmaq üçün iş aparır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadə "Caspian Energy Club" və "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliyinin təşkil etdiyi "CEO MeetUp Logistics & Trade" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu çərçivədə Azərbaycanda kompüterləşdirilmiş tranzit sistemi tətbiq olunur.
“Azərbaycan bu konvensiyaya qoşulmaq üçün mövqeyini bildirib, Norveçin paytaxtı Osloda ölkəmiz qeyri-formal müşahidəçi statusu alıb. Qanunvericiliklə bağlı işlər tamamlandıqdan sonra monitorinq qrupu dəyərləndirmə həyata keçirəcək. Bunun alt bazası ilə bağlı işlər həyata keçirilir. Həmçinin veb-tranzit layihəsi həyata keçirilib”, - deyə idarə rəisi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]