Diaspor nümayəndələri Azərbaycana gələcəklər
Bakı, 8 sentyabr, AZƏRTAC
İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD-İstanbul) idarə heyətinin üzvləri sentyabrın 11-dən 16-dək Azərbaycanda səfərdə olacaqlar. Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq və həmrəylik bağlarını gücləndirmək məqsədilə ölkəmizə gələcək diaspor nümayəndələri müxtəlif bölgələrdə olacaq, Qafqaz İslam Ordusunun Azərbaycana daxil olmasının 97-ci ildönümü münasibətilə Bakı, Gəncə, Şəki və Qubada keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycanın mədəni və tarixi yerlərini dünyaya tanıtmaq, sentyabrın 15-də, Bakının işğaldan azad olunmasının 97-ci ildönümündə Azərbaycanın qurtuluşu zamanı şəhid olan soydaşlarımızın xatirəsini anaraq Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə töhfə verməkdir.
Səfər proqramında tarixi yerləri gəzmək, Bakıda Şəhidlər xiyabanını, Fəxri xiyabanı ziyarət etmək və sonda mətbuat konfransı keçirmək nəzərdə tutulub.
İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin sədri Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyətinə Orhan Çərkəz, Nebahat Kirman, Nuray Günay, Bahattin Miral və başqaları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]
Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində yeni tədris ili başlayıb
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]