DİNARA GİMATOVA BEYNƏLXALQ TURNİRİN QALİBİDİR
D.Gimatova demişdir: “Yarışlarla zəngin bir ili nikbin ruhda başa çatdırmaq xoşdur. İndi növbəti mövsümə hazırlıq başlanır, yəni indiki hərəkətlər təkmilləşdirilir, yeniləri məşq edilir. Məni iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək Avropa çempionatı və sentyabrın ortalarında Yunanıstanda təşkil olunacaq lisenziyalı dünya çempionatı kimi vacib turnirlər gözləyir”.
Digər gimnastımız Anna Qurbanova isə Xorvatiyada keçirilən beynəlxalq turnirdə yalnız rusiyalı Yevgeniya Kanayevaya cüzi fərqlə uduzaraq gümüş medal qazanmışdır.
Anna Qurbanova bildirmişdir ki, Xorvatiya yarışlarında hər il reytinq və mükafatlarına görə bərabər tərkibli gimnastlar iştirak edirlər. Bu dəfə də belə oldu. Onların bir çoxu dekabrın 2-3-də ilin son turnirlərindən birinin keçiriləcəyi Omsk şəhərinə gələcəkdir. Orada daha yaxşı çıxış etmək ümidindəyəm. Daha sonra 2007-ci ilin turnirlərinə hazırlaşacağam.
Yeniyetmə Zeynəb Cavadlının məşqçiləri də növbəti mövsüm haqqında fikirləşirlər. O, gələn il idman ustaları proqramı ilə çıxış edəcəkdir. Z.Cavadlı artıq bir neçə gündür Moskva vilayətinin Novoqorsk şəhərindəki Olimpiya Hazırlığı Mərkəzində gimnastika hərəkətləri quruluşçusu Lüsi Dimitrovanın yeni proqramını məşq edir. Əlbəttə, yarışların reqlamentindəki son dəyişikliklər də nəzərə alınır. Gimnastlar gələn il topla hərəkətləri halqa ilə hərəkətlərlə əvəzləyəcəklər. Təbii ki, bu dəyişikliklər 2007-ci ildə Bakıda keçiriləcək Avropa çempionatına da şamil ediləcəkdir.