DOĞUM HAQQINDA ŞƏHADƏTNAMƏDƏ MİLLİYYƏTLƏ BAĞLI BÖLMƏNİN LƏĞVİ QANUNA ZİDDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin deputatı Elman Məmmədov parlamentin iclasında demişdir ki, bəzi hüquq mühafizə orqanlarının göstərişinə əsasən, yerli VVAQ şöbələri yenicə dünyaya gəlmiş körpələrə verilən doğum haqqında şəhadətnamədə də milliyyətlə bağlı heç nə yazmır və bunu qanunvericiliyə əsasən etdiklərini bildirirlər. Bu isə əhali arasında ciddi narazılıqlara səbəb olur. Deputatın sözlərinə görə, Şuşa rayonu üzrə verilmiş sənədlərdə belə faktlar qeydə alınmışdır.
Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, doğum haqqında şəhadətnamələrdə milliyyətlə bağlı bölmənin ləğvi qanunlarımıza ziddir. Bu cür halların yolverilməzliyini vurğulayan parlamentin sədri faktla bağlı əlaqədar təşkilatlara müraciət edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]