Dolu, leysan və külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub
Ağdam, 18 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İyunun 18-də günortadan sonra leysan və dolu ilə müşahidə olunan güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fərdi evlərə və yardımçı binalara, avtomobillərə, rayonun elektrik təsərrüfatına, eləcə də taxıl zəmilərinə, pambıq tarlalarına, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib. Buz parçaları xüsusən Çəmənli, Əhmədağalı, Sarıcalı, Zəngişalı kəndlərində ciddi fəsadlar törədib.