Donald Tramp və Kim Çen Inın görüşünə hazırlıq bir neçə həftə çəkəcək
Bakı, 9 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlara hazırlıq bir neçə həftə vaxt aparacaq.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, bunu Cibutidə səfərdə olan dövlət katibi Reks Tillerson deyib.
“Bu qərarı prezident özü qəbul edib. Mən bu gün səhər tezdən onunla həmin qərarı müzakirə etdim və bizim söhbətimiz çox yaxşı alındı”, - deyə Tillerson mətbuat konfransının gedişində bildirib.
Xatırladaq ki, Prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşməyə razılıq verib. Koreya Respublikasının Prezidenti Mun Ce-in Donald Trampla Çen In arasında gözlənilən görücü tarixi məqam adlandırıb. “May ayında baş tutacaq görüş Koreya yarımadasında real sülhə nail olmaq üçün tarixi mərhələdir. Əgər Prezident Tramp və Kim Çen In Koreyalararası sammitdən sonra görüşsələr, Koreya yarımadasının nüvəsizləşdirilməsi düzgün məcraya yönələr”, - deyə Mun Ce-in qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]