Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb
Bakı, 14 may, Elvin Camalov, AZƏRTAC
Dövlət Gömrük Komitəsi gömrük qanunvericilikdə dəyişikliklərlə bağlı təklif paketi hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təkliflər paketində gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunulub. Bunlardan biri ölkəni avtomobillə tərk edən vətəndaşların iki ildən gec olmayaraq geri qayıtması ilə əlaqədar qoyulan qaydadır ki, təkliflər paketində bu qaydanın ləğvi ilə bağlı müraciət var. Daha sonra idxal-ixrac əməliyyatları, ticarətin sadələşdirilməsi, gömrük sərhədindən sürətli keçidin təmini ilə bağlı da təkliflər hazırlamışıq. Hazırda bu təkliflər üzərində çalışırıq və tezliklə Nazirlər Kabinetinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]