DÖVLƏT İSTİQRAZLARININ ƏLAVƏ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 19-da Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Üç sərmayədar tərəfindən təqdim olunmuş sifarişin nominal dəyəri 2 milyon 340 min 200 manatdır.
İstiqraz vərəqələri noyabrın 11-də ödəniləcəkdir.