Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir, məcburi köçkünlər ata-baba yurdlarına qayıdır, bu yerlərdə həyat yenidən canlanır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzurda bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə indiyədək 8600-dən çox məcburi köçkünün qayıdışı təmin olunub. Köçürülmə prosesində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların mövcudluğu geri qayıdan əhali üçün potensial təhlükə mənbəyidir. Bu təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri ilə yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində hazırladığı növbəti videoçarx (https://youtu.be/4WqE6FAJ8m4) insanları mina təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]