Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirib
Bakı, 25 sentyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 15 vətəndaşın müraciətini videogörüntü vasitəsilə dinləyib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlayn müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri ilə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qaydada qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.