DÖVLƏT QAYĞISI SAYƏSİNDƏ DƏVƏÇİDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULUNUN İSTEHSALI 20 FAİZ ARTMIŞDIR
Dəvəçi, 9 fevral (AZƏRTAC). Dəvəçidə ötən il 2007-ci ildəkindən 20 faiz çox - 37,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.
Bu, fermer və torpaq sahiblərinə dövlət qayğısının artması ilə bağlıdır. Belə ki, ötən il 163 fermer “Aqrokredit” təşkilatından 517,8 min manat güzəştli kredit almışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, 2.960 fiziki və hüquqi şəxsə becərdikləri 9.738 hektar sahəyə görə 389 min 531 manat, 2.808 nəfərə 8.348 hektar buğda sahəsinə görə 333 min 949 manat vəsait ödənilmişdir. Güzəştli qiymətlə 166 nəfər fermerə 255,9 ton mineral gübrə satılmışdır.
Son 1 ildə rayonda 18 hektar yeni meyvə bağları, 8 hektar üzümlük salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]