DÖVLƏT SƏRHƏDLƏRİMİZ ETİBARLI SURƏTDƏ QORUNUR
Axtarışda olan 40 nəfər şəxs saxlanılaraq ölkəmizin hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində ay ərzində sərhədlərimizdən 514 qram heroinin keçirilməsinin qarşısı alınmışdır.
Müvafiq sənədləri olmadığına görə 38 nəfər saxlanılmışdır. Sərhədlərimizi saxta sənədlərlə keçmək istəyən Banqladeşin 2 və Azərbaycanın 1 vətəndaşı saxlanılmışdır. Bir nəfər Türkmənistan vətəndaşı “Bakı-Türkmənbaşı” marşrutu ilə üzən “Naxçıvan” bərəsində boş vaqonda gizlənərək sərhədimizi keçmək istəyərkən tutulmuşdur. Ay ərzində 10 nəfər şübhəli şəxs qismində saxlanılmış, 15 nəfər arzuolunmaz şəxs kimi geri qaytarılmışdır. Həmçinin İranın 9, Türkiyənin 8, Filippinin 5, Fransanın 4, Nigeriya və Hindistanın hərəyə 2, ABŞ-ın, Tailandın, Mərakeşin, Özbəkistanın, Cənubi Afrika Respublikasının, Omanın, Qvineyanın, Trinidad və Tobaqonun isə hərəyə 1 vətəndaşı vizasının olmamasına görə saxlanılaraq, barələrində müvafiq tədbirlər görülmüşdür.
Ay ərzində 102 min qutu müxtəlif markalı siqaretin, 121 mobil telefonun, 140 banka konserv məsullarının, 300 kiloqram nərə balığının, 10 ton kartofun, xeyli miqdarda dirgər ərzaq məhsullarının və sənaye mallarının sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.