Dövlət torpağında özbaşına tikinti işlərinin aparılması faktı üzrə cinayət işi başlanıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı Vidadi Gülməmmədovun xəsarət alması faktı üzrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanmaması, onların əməyin mühafizəsi qaydaları ilə təlimatlandırılmaması, həmçinin işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilməməsi və təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almaq üçün hər hansı tədbirin görülməməsi müəyyənləşdirilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:24]
Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]