DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ ŞİRVANDA REGİONAL MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Şirvan, 10 fevral (AZƏRTAC). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərində "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709 nömrəli qanununun tətbiq edilməsi haqqında” Prezident İlham Əliyevin 2008-ci il 10 dekabr tarixli Fərmanının icrasından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Şirvan şəhər, Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Salyan və Neftçala rayonlarının idarəetmə və yerli özünüidarəetmə qurumları, habelə bir sıra digər əlaqədar müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri tədbirdə bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri ilə verilməsinin yeni qaydalarından və onların əhəmiyyətindən ətraflı danışılmışdır.
Müşavirədə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi icra aparatının rəhbəri Rafiq Süleymanov torpaq hərraclarının və müsabiqələrinin keçirilməsi prosedurları, nəzərdə tutulan güzəştlər və s. məsələləri şərh etmiş, iştirakçıları maraqlandıran bir sıra suallara aydınlıq gətirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]