DST: Yoxsul ölkələrdə səhiyyəyə adambaşına 60 dollar, varlı dövlətlərdə isə 270 dollar xərclənir
Bakı, 21 fevral, AZƏRTAC
Hər il təxminən 100 milyon insan öz cibindən səhiyyə xidmətlərini ödəyə bilməyərək yoxsulluq həddindən də aşağı səviyyəyə düşür. AZƏRTAC xəbər verir ki, bu fakt Dünya Səhiyyə Təşkilatının (DST) yeni hesabatında diqqətə çatdırılır.
Hesabat müəllifləri qeyd edirlər ki, səhiyyə məsrəfləri dünyada iqtisadi artımı üstələyir və qlobal ümumi daxili məhsulun (ÜDM) 10 faizini təşkil edir. Yoxsul ölkələrdə bu xərclər orta hesabla 6 faiz, varlı dövlətlərdə isə 4 faiz artır.
Səhiyyə xərcləri iki mənbədən - şəxsi vəsaitlər və dövlət büdcəsindən ödənilir. Pasiyentlər bu xərclərin 35 faizini ödəyirlər. Belə olan halda isə hər il təxminən 100 milyon insan dilənçi vəziyyətinə düşür. “İnsanların səhiyyə xidmətləri ilə əhatə edilməsinin və dayanıqlı inkişaf hədəflərində sağlamlıqla bağlı məqsədlərə nail olunmasının zəruri şərtlərindən biri səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsinin artırılmasıdır”, deyə DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus vurğulayıb.
Baş direktor əlavə edib ki, səhiyyə xərcləri büdcəyə əlavə yük deyil, əksinə, yoxsulluqla mübarizəyə qoyulan sərmayə, əmək məhsuldarlığının artırılması üçün vasitə, iqtisadi inkişafı təmin edən və daha sağlam, təhlükəsiz və ədalətli cəmiyyətin qurulması məqsədilə atılan mühüm addımdır.
Gəlirlərin orta səviyyədən də aşağı olduğu ölkələrdə büdcədən adambaşına ayrılan səhiyyə xərcləri 60 dollar, daha yüksək gəlirli dövlətlərdə isə təxminən 270 dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]