DSX-NİN 484 ZABİTİNƏ XİDMƏTİ MƏNZİL VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu ilin sonunadək Dövlət Sərhət Xidmətinin (DSX) 484 zabiti xidməti mənzillərlə təmin ediləcəkdir. DSX-nin rəisi, general-leytenant Elçin Quliyev bildirmişdir ki, yeni hərbi hissələrin, Olimpiya idman mərkəzinin, sahil bazasının yaradılması və digər obyektlərin istifadəyə verilməsi də nəzərdə tutulmuşdur. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın əksər hissəsi bu ilin sonuna qədər tam icra ediləcəkdir.