Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubayda Azərbaycanın investisiya imkanları nümayiş olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin oktyabrın 1-dən gələn ilin martın 31-dək davam edəcək sərgidə 192 ölkə və 10 təşkilat iştirak edir. Sərgidə ölkəmiz Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan Pavilyonu ilə təmsil olunur. Bu, yeni əməkdaşlıq əlaqələrinin qurulması, potensial biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq baxımından böyük önəm kəsb edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə qazanılan uğurların nümayiş olunduğu Azərbaycan Pavilyonu sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır. “Dubay EXPO 2020” sərgisi məhsullarımızın daha çox tanıdılması, xarici bazarlara çıxışının genişləndirilməsi üçün əlverişli platformadır.

Azərbaycan nümayəndə heyəti, həmçinin “Dubay EXPO 2020” sərgisində qardaş Türkiyə və BƏƏ pavilyonlarına gedib, əldə olunan nailiyyətlərlə və davamlılığının təmin olunması istiqamətində görülən işlərlə tanış olub. “Dubay EXPO 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti “DP World Group”un direktoru Sultan Əhməd Bin Sulayemlə görüşüb. Görüşdə nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın nəqliyyat-tranzit və sənaye potensialını diqqətə çatdırıb, sənaye zonaları və Transxəzər nəqliyyat dəhlizi üzrə BƏƏ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir Ələt Azad İqtisadi Zonasının fəaliyyəti üçün Azərbaycanın inkişaf etmiş infrastruktura malik olduğunu, bu sahəyə qoyulan investisiyaların ölkə iqtisadiyyatının diversifikasiyasına və ticarət dövriyyəsinin artırılmasına əlavə imkan yaratdığını qeyd edib.

Görüşdə Azərbaycanın geniş tranzit potensialı vurğulanıb və Bakının Avrasiyanın tranzit və logistik mərkəzinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

“DP World Group”un direktoru Sultan Əhməd Bin Sulayem təmsil etdiyi biznes qurumunun fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf etmiş infrastruktura malik olmasının “DP World Group”la əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb. Tərəflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad İqtisadi Zonasına “DP World Group”un məsləhət xidmətləri göstərməsinə dair müzakirələr aparıb.

Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” arasında anlaşma memorandumu imzalanıb. Sənəd BƏƏ-nin Avropa və Asiya arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə elan etdiyi “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə Azərbaycanın qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional “WLP” mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması və digər məsələləri nəzərdə tutur.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Azərbaycan İnvestisiya Forumu keçirilib. Tədbirdə hər iki ölkədən 150-ə yaxın iş adamı iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat naziri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, pandemiya dövründə iqtisadi sabitliyin, makroiqtisadi dayanıqlılığın və iş yerlərinin qorunması məqsədilə tətbiq edilən dəstək mexanizmləri barədə məlumat verib, Vətən müharibəsində qazanılmış böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasının ölkənin inkişaf prioritetləri üçün yeni çağırışlar və reallıqlar yaratdığını vurğulayıb. Qeyd olunub ki, Qarabağ bölgəsində aparılan bərpa-quruculuq işləri iş adamlarının bu ərazilərdə fəaliyyət göstərməyə marağını artırır. Nazir ölkəmizin iqtisadi inkişaf trendləri, investisiya siyasətinin prioritetləri, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti, regional infrastruktur layihələri, Zəngəzur dəhlizinin imkanları, Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, BƏƏ iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

İnvestisiya Forumunda Dubay İnvestisiya İnkişafı Agentliyinin baş icraçı direktoru Fahad Al Gergavi Azərbaycanın qazandığı uğurlardan məmnunluğunu ifadə edib, bunun BƏƏ iş adamlarının xarici iqtisadi fəaliyyətini genişləndirməsinə səmərəli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, İnvestisiya Forumu iki ölkə sahibkarları arasında qarşılıqlı investisiyaların təşviqində, yeni işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır.

Forumda energetika nazirinin müavini Kamal Abbasov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanın biznes və investisiya imkanları barədə çıxış ediblər. Tədbirdə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan investisiya layihələrinin təqdimatı keçirilib, investorları maraqlandıran suallar cavablandırılıb.

Forum çərçivəsində, həmçinin bir sıra görüşlər keçirilib. Su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə Azərbaycanın zəngin bərpa olunan enerji resurslarına malik olduğu qeyd edilib, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi ilə görüşündə enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib. Görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl hidrogen” istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Türkiyənin Süni İntellkt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO