Dubayda yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya birinciliyi davam edir
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yarışlara start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, şpaqada gənc oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Gənc oğlanların yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev pley-offda keçirdiyi ilk görüşdə isveçrəli Dieqo Erbettaya 15:11 hesabı ilə qalib gəlib. Təmsilçimiz 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə koreyalı Kim Jungbeoma 6:15 hesabı ilə məğlub olub.
Qızların şəxsi yarışında qrupu 3 qələbə ilə bitirən Xədicə Həsənli pley-offda portuqaliyalı Mariya Alvimə 9:15 hesabı ilə məğlub olub.
Qrupda 2 qələbəsi olan Alfiyə Abdinova isə pley-offda estoniyalı Anneli Proosvaliyə 9:15 hesabı ilə uduzub. Qrupda 1 qələbəsi olan Nazilə Rəhimova isə pley-offa adlaya bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]