İDMAN
Dubayda yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya birinciliyi davam edir
![](/files/galleryphoto/2022/1/1200x630/16494999931031738098_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16494999934653433744_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16494999931640418783_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1649499993619913600_1200x630.jpg)
Bakı, 9 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yarışlar davam edir.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 9-da yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Təmsilçilərimizdən Aynur Quliyeva (4 qələbə), Xədicə Həsənli (4 qələbə) və Nazilə Rəhimova (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər.
Yeniyetmə qız şpaqaçılarımız 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar. Belə ki, N.Rəhimova İtaliya təmsilçisi Alleqra Kristofolettoya (12:15), A.Quliyeva ukraynalı Emili Konrada (8:15), X.Həsənli isə Bolqarıstan idmançısı Mixaela Stefanovaya (6:15) məğlub olublar.