Dünya Azərbaycanlılarının Həmrəylik Günü İndoneziyada qeyd olunub
Cakarta, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “İrs-Warisan” jurnalının İndoneziya dilində ikinci nömrəsinin nəşri ilə əlaqədar Azərbaycanın İndoneziyadakı səfirliyində tədbir keçirilib.
Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünya azərbaycanlılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Bayramın yaranma tarixini xatırladan səfir vurğulayıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu barədə xüsusi qərar qəbul etdikdən sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımıza və vətənimizə göstərdiyi tarixi xidmətlərdən biridir.
T.Qarayev Azərbaycanın İndoneziyada daha yaxşı tanıdılması və təbliği üçün “İrs-Warisan” jurnalının İndoneziya dilində nəşr olunmasının önəmini vurğulayıb. Jurnalın ikinci nəşri tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə İndoneziya hökumətinin rəsmiləri, KİV nümayəndələri, İndoneziyada təhsil alan və çalışan həmvətənlərimiz iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]