DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
Heydər bağında, Xocalı prospektindəki xiyabanda və Zığ yolundakı parkda iri yolka qurulmuş, kitabxanalarda əlamətdar bayramlara həsr olunmuş guşələr təşkil edilmişdir.
Ayın 29-da “Emin” şadlıq sarayında müxtəlif əlil cəmiyyətlərinin nümayəndələrinə, şəhid ailələri və imkansızlara bayram süfrəsi açılacaq, maraqlı konsert veriləcəkdir. Həmin gün rayondakı 3 nömrəli uşaq evinin sakinləri ilə görüş də nəzərdə tutulmuşdur.
İşıq, qaz, istilik şəbəkələrinin, qəza xidmətlərinin fəaliyyətinə nəzarət gücləndirilmişdir.